Hərbi təyinatlı obyektlər hücuma məruz qalıb
Yeniliklərdən dərhal xəbərdar olun
“İran hərbçiləri Hayfa və Təl-Əvivdəki iri şirkətlərə məxsus obyektlərə zərbələr endirib”.
“Tasnim” İran Silahlı Qüvvələrinin mətbuat xidmətinə istinadən bu barədə məlumat yayıb.
Qeyd olunub ki, İran Ordusu pilotsuz təyyarələrlə Hayfadakı “Rafael Advanced Defense Systems” silah şirkətinə və Ben-Qurion hava limanı yaxınlığındakı “Israel Aerospace Industries” müəssisələrinə, eləcə də hava limanında yanacaqdolduran təyyarələrə zərbələr endirib.
Bəhreynin Hava Hücumundan Müdafiə qüvvələri Yaxın Şərqdə hərbi əməliyyatların başlanmasından bəri 153 raketi ələ keçirib. Bundan başqa 301 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
“İranın parçalanması Yaxın Şərqdəki münaqişənin yekun həlli ola bilməz”.
Bunu Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari bəyan edib.
“İran bu regionun xalqları kimi minilliklərdir burada mövcuddur. Heç kim heç yerə getməyəcək. Ümumi məhvetmə çıxış yolu deyil”, – deyə o vurğulayıb.
#İran teqi istifadə olunub
- Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI
- İranla Avropa arasında yeni gərginlik | Parisdən Tehrana sərt xəbərdarlıq - Baku TV
- ABŞ-nin İran strategiyasında hansı xətt üstünlük təşkil edir? - Baku TV
- "Təzyiq və zorakılıq qarşısında geri çəkilməyəcəyik" | İran Prezidentindən açıqlama - Baku TV CANLI
- İran bu hücuma necə cavab ola bilər? | Regionda sular yenidən qaynayır? - Baku TV CANLI
