Pleyeri seçin:

Həsən Ruhani İranın hərbi gücünü şişirtməyi “xəyanət” adlandırıb

18 dekabr 2025 314 baxış

“Təxminən 10–15 il əvvəl hakimiyyət daxilindəki bəzi “etibarlı” vəzifəli şəxslər İsrail və ABŞ-nin İrana hücum ehtimalını sıfır hesab edirdilər. Belə bir hadisə baş verərsə, İsrailin bir neçə gün ərzində “məhv ediləcəyinə”, İranın isə onminlərlə amerikalı əsgəri öldürəcəyinə inanırdılar”.

Bunu İranın keçmiş prezidenti Həsən Ruhani deyib.

“Əsaslar gətirib deyirdilər ki, İsrail bizə hücum etsə, bir neçə gün ərzində darmadağın ediləcəyini və məhv olacağını bilir. Hesab edirdilər ki, ABŞ də bizə hücum etməyəcək, çünki hücum edərsə, bir neçə gün və ya bir neçə həftə sonra bölgədə müxtəlif bazalarda yerləşən 100 min amerikalının məhv olacağını və onminlərlə cəsədi daşımalı olacaqlarını bilir”, – o vurğulayıb.

Ruhani qeyd edib ki, onlar bu qərarverici yanaşmaları müəyyən “düşüncə və hesablamalar” əsasında formalaşdırır və ali rəhbərliyə təqdim ediblər. Keçmiş prezidentin fikrincə, mövcud vəziyyətə görə məsuliyyətin bu yanaşmaları formalaşdıranlar yox, qərar verənlər daşıyır.

Həsən Ruhani ali rəhbərliyə səhv hesablamalar təqdim etməyi “ən böyük xəyanət” adlandırıb və xəbərdarlıq edib ki, vəzifəli şəxslər aşağısəviyyəli məmurların sözlərini asanlıqla qəbul etməməlidirlər.

Sabiq prezident İranın hərbi gücünü şişirtməyi də “xəyanət” adlandırıb: “Bu şəxslərin dedikləri heç vaxt məni tam qane etməyib, həmişə bildirmişəm ki, hökumət özünü gücləndirməli, ölkənin təhlükəsizliyi ilə bağlı dəqiq olmayan hesablamalara arxayın olmamalıdır”.

Kopyalandı
Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 314 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 314 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 314 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 314 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 314 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 314 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 314 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 314 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 314 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 314 baxış
Seçilmişlər
icon