İran ABŞ-nin mümkün zərbəsinə necə hazırlaşır?
Yeniliklərdən dərhal xəbərdar olun
İran ABŞ tərəfindən mümkün hücum olacağı təqdirdə indiyədək tətbiq edilməmiş yeni silahlardan istifadə etməyə hazırdır.
Bu barədə iranlı hərbi mənbə "RIA Novosti"yə bildirib.
Mənbənin sözlərinə görə, İran ölkə daxilində hələ döyüş şəraitində istifadə olunmayan və faktiki olaraq sınaqdan keçirilməyən müasir silahlar istehsal edib. “Biz döyüş meydanında hələ tətbiq edilməmiş müasir silahlar hazırlamışıq”, – deyə o qeyd edib.
Hərbi mənbə əlavə edib ki, müdafiə imkanları və silah təminatı baxımından ölkədə hər hansı çatışmazlıq yoxdur. “Bu dəfə təmkinli davranmaq niyyətində deyilik”, – deyə o vurğulayıb.
Bundan əvvəl Donald Tramp ABŞ-nin yaxın günlərdə İrana qarşı yeni hücuma başlaya biləcəyini istisna etməmişdi. Tramp həmçinin Vaşinqton və Tehran arasında razılaşma əldə olunmayacağı halda ABŞ-nin İrana zərbələri bərpa edəcəyini bildirmişdi.
#ABŞ-İran müharibəsi teqi istifadə olunub
- Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İran boğazdakı qeyri-sabitliyə görə ABŞ-ni məsuliyyətli sayır - Baku TV CANLI
- Xamenei ilə Qalibafın görüşündə ABŞ-nin İrana münasibəti gündəmin əsas mövzusu olub
- Tehran və İslamabad arasındakı təmaslar ABŞ-İran məsələsi fonunda gündəmə çıxıb
