Pleyeri seçin:

İran-ABŞ qarşıdurması nəzarətdən çıxır: Bölgədə gərginlik pik həddə - Baku TV

16 iyul 2026 372 baxış

ABŞ Mərkəzi Komandanlığı İrana növbəti hücum dalğasını həyata keçirib.

CENTCOM zərbələrin sahil müdafiə sistemlərinə, eləcə də Böyük Tonba adasındakı kruiz raketlərinin saxlanması və buraxılış məntəqələrinə endirildiyini açıqlayıb.

Qeyd olunub ki, əməliyyat Hörmüz boğazında ticarət gəmilərinə hücum etmək üçün istifadə edilən İran qüvvələrinin hərbi imkanlarını daha da zəiflətmək məqsədi daşıyır.

SEPAH-ın cavabı özünü çox gözlətməyib. İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin Bəhreyn, Küveyt və İordaniyadakı hərbi bazalarına və obyektlərini hədəf alıb.

İrana qarşı dəniz blokadası tətbiq olunandan bəri ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında blokadanı yarmağa çalışan iki ticarət gəmisinin istiqamətini dəyişdirib. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının "X" sosial şəbəkəsində bildirilib.

"ABŞ Silahlı Qüvvələri sayıqlığını qoruyur və blokadaya tam riayət olunmasını təmin etməyə hazırdır", – deyə CENTCOM-un paylaşımında vurğulanıb.

Bu arada, İranın ali dini liderinin sabiq baş müşaviri Məhəmməd Cavad Laricani maraqlı açıqlama ilə çıxış edib. O, İranı uzunmüddətli müharibəyə hazırlaşmağa çağırıb.

Laricani bəyan edib ki, ölkə üç-dörd il davam edə biləcək mümkün münaqişəyə hazır olmalıdır. Bu səbəbdən İranın iqtisadi və müdafiə hazırlığının gücləndirilməsinin vacibliyini vurğulayıb.

Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 372 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 372 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 372 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 372 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 372 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 372 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 372 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 372 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 372 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 372 baxış
Seçilmişlər
icon