Pleyeri seçin:

İran ətrafında gərginlik yenidən yüksəlir

30 yanvar 2026 582 baxış

İran ətrafında gərginlik yenidən yüksəlir. ABŞ Prezidenti Donald Trampın Tehrana qarşı hərbi zərbələr endirməyi nəzərdən keçirdiyi bildirilir. Məqsəd isə ölkə daxilində yeni etiraz dalğasını alovlandırmaq və mümkün “rejim dəyişikliyi” üçün zəmin yaratmaqdır.

“Reuters” xəbər verir ki, Donald Trampın müzakirə etdiyi variantlar arasında İranda etirazların zorakılıqla yatırılmasında iştirak etmiş siyasi liderlərə və təhlükəsizlik strukturlarının nümayəndələrinə qarşı hədəfli zərbələr endirilməsi var. Bundan əlavə, İranın nüvə və raket proqramlarına qarşı hücumlar da mümkün ssenarilər sırasındadır.

Mənbələr bildiriblər ki, Tramp bu ayın əvvəlində etirazların amansız şəkildə yatırılması nəticəsində minlərlə insanın həlak olmasından sonra İranda “rejim dəyişikliyi” üçün əlverişli şərait yaratmaq niyyətindədir. Lakin bir sıra analitiklər hərbi zərbələrin yeni kütləvi etirazlara səbəb olub-olmayacağı məsələsində şübhəli mövqe sərgiləyirlər.

Qeyd olunur ki, ABŞ Prezidenti hələlik İrana qarşı hərbi əməliyyata başlamaqla bağlı yekun qərar verməyib. Eyni zamanda israilli və ərəb rəsmiləri hesab edirlər ki, yalnız hava hücumları İranın dini rəhbərliyini devirmək üçün kifayət etməz.

“Reuters”ə danışan israilli mənbə bildirib ki, əgər məqsəd rejimi devirməkdirsə, bu halda quru qoşunlarının yeridilməsi zəruridir.

Kopyalandı
Banner
Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Dünya
28 oktyabr 2026 582 baxış
ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

Dünya
28 oktyabr 2026 582 baxış
İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 582 baxış
Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Dünya
28 oktyabr 2026 582 baxış
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 582 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 582 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 582 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 582 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 582 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 582 baxış
Seçilmişlər
icon