Pleyeri seçin:

İranda çaylar və anbarlar quruyub | Hansı tədbir görüləcək?

30 iyul 2025 438 baxış

İranda su qıtlığı yaranıb. Çaylar və su anbarları quruyub, paytaxtın köçürülməsi müzakirə olunur.

İran hökumətinin mətbuat katibi Fatimə Moxacirani su çatışmazlığını "milli problem" adlandıraraq bunun humanitar və iqtisadi fəlakətə çevrilə biləcəyini bildirib.

İranın dövlət informasiya agentliyi "Irna" xəbər verir ki, hökumət problemin həlli üçün qeyri-ənənəvi variantlar üzərində düşünür. Təkliflər arasında iş həftəsinin dörd günə endirilməsi və imkan daxilində əməkdaşların məsafədən işləməyə keçməsi də var. Bu tədbirlər su və elektrik enerjisinə qənaət etməyə yönəlib. Bundan əlavə, dövlət qurumlarının, universitetlərin və məktəblərin fəaliyyətinin dayandırılması da nəzərdə tutulur.

Problem demək olar ki, bütün ölkəni əhatə edib. Mütəxəssislərin məlumatına görə, su anbarlarının 80%-i demək olar ki, boşdur. Növbəti iki ay ərzində normal su təchizatı mümkün olmayacaq. Yağışların anbarları doldurması yalnız payızda gözlənilir.

Artıq keçən həftə Tehran da daxil olmaqla 50 şəhərdə suyun verilməsi məhdudlaşdırılıb – fasilələrin ümumi müddəti 12-dən 48 saata qədər dəyişib. Nəticədə ölkənin bir çox sakini şimal bölgələrə, Xəzər dənizi sahillərinə üz tutub, çünki orada su qıtlığı müşahidə olunmur.

Ölkə prezidenti Məsud Pezeşkian vəziyyətin çox ciddi olduğunu bildirib. Hətta paytaxtın başqa şəhərə köçürülməsini də istisna etməyib.

Kopyalandı
Banner
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 438 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 438 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 438 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 438 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 438 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 438 baxış
İsraili gözləyən nəticə | Siyasi düyünü kim açacaq? - Baku TV CANLI

İsraili gözləyən nəticə | Siyasi düyünü kim açacaq? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 438 baxış
Kritik təklif: Putin bununla razılaşsa, Ukrayna üçün nələr dəyişəcək? - Baku TV CANLI

Kritik təklif: Putin bununla razılaşsa, Ukrayna üçün nələr dəyişəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 438 baxış
Qara dənizdə taxıl dəhlizinin açılması Zelenski ilə Modi arasındakı telefon söhbətində müzakirə edilib

Qara dənizdə taxıl dəhlizinin açılması Zelenski ilə Modi arasındakı telefon söhbətində müzakirə edilib

Dünya
10 noyabr 2026 438 baxış
Türkiyənin İraqdakı hərbi bazadan çıxması prosesi nə zaman tamamlanacaq?

Türkiyənin İraqdakı hərbi bazadan çıxması prosesi nə zaman tamamlanacaq?

Dünya
10 noyabr 2026 438 baxış
Seçilmişlər
icon