İranda etiraz aksiyası | 7 nəfər saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
İranın qərbində etirazçıların polislə qarşıdurmaları səbəbindən 3 nəfər ölüb, 17 nəfər yaralanıb.
Ölkənin ən azı 36 şəhərində iğtişaşlar davam edir və digər şəhərlərə də yayılmaqdadır.
Etirazçılar hətta mərhum keçmiş prezident İbrahim Rəisinin bir neçə gün əvvəl ucaldılan heykəlini yıxıblar. Bununla bağlı yerli media orqanları xəbər verib.
Bundan əvvəl “Fars” xəbər agentliyi Lordegan şəhərində polislə etirazçılar arasında toqquşma baş verdiyi, ən azı iki polis məmurunun öldüyü və bir neçəsinin yaralandığı barədə məlumat verib.
“Press TV“ də qərbdəki Kuhdəşt şəhərində bir könüllü və bir “Bəsic” üzvünün ölümü barədə məlumat verib.
Qeyd edək ki, İranda yüksək inflyasiya səbəbindən başlayan etirazlar ötən il dekabrın 29-dan davam edir. İran İslam İnqilabı Keşikçiləri Korpusu ölkənin qərbində yerləşən Loristan əyalətində keçirilən etirazlar zamanı bir təhlükəsizlik əməkdaşının həlak olduğunu açıqlayıb.
İranda etirazları zorakılığa çevirməyə cəhd etdikləri iddia edilən 7 nəfər saxlanılıb. Bəzi mətbuat orqanları əməliyyat zamanı 100 ədəd qanunsuz silahın ələ keçirildiyini, həmçinin bu silahların ölkəyə daxil olmasını təmin edən şəxslərin də müəyyən edilərək saxlanıldığını bildirib.
#İran teqi istifadə olunub
- Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?
- ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
