İranda son hadisələrin qurbanlarının adları və təfərrüatlar dərc olunacaq
İran Prezidenti Məsud Pezeşkianın əmrinə əsasən, tezliklə son iğtişaşların bütün qurbanlarının adları dərc ediləcək.
Məlumatı İran Prezident Aparatının kommunikasiya şöbəsinin rəhbəri Məhəmməd Mehdi Təbatəbai "X" hesabında açıqlayıb.
Onun sözlərinə görə, məqsəd Qərb mediasında saxtakarlıq və fərziyyələrin qarşısını almaqdır:
"Prezidentin sərəncamı ilə son faciəli hadisələrin bütün qurbanlarının adları və təfərrüatları dərc olunacaq. Həmçinin ziddiyyətli məlumat və ifadələri hərtərəfli yoxlamaq və təsdiqləmək üçün bir mexanizm yaradılıb".
Təbatabainin sözlərinə görə, bu addım Qərb mediasının statistikanı saxtalaşdırmaq cəhdlərinə cavabdır: "Məqsəd yalan danışan hər kəsi ifşa etməkdir".
İranın xarici işlər naziri Abbas Əraqçi 23 yanvarda ölənlərin sayının həm mülki şəxslər, həm də təhlükəsizlik qüvvələrinin əməkdaşları da daxil olmaqla, 3117 nəfərə çatdığını açıqlayıb.
#İran teqi istifadə olunub
- İranda yüksək yanacaq istehlakına görə əlavə ödəniş tətbiq olunacaq - Baku TV
- İranın gəmi hücumları Hörmüzdə böyük qarşıdurma riskini yenidən artırdı - Baku TV CANLI
- Hörmüz boğazında gərginlik daha da artır - Baku TV CANLI
- Tehran regionun gələcəyini nədə görür? | Qalibafdan açıqlamalar - Baku TV CANLI
- "Ciddi maneələr var" | Gündəmi zəbt edən planın pərdəarxası məqamları - Baku TV
