İranın eks-prezidenti tənqid atəşinə tutuldu | Rəisi barədə nə dedi?
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident seçkiləri üçün namizədliyimi irəli sürüb-sürməyəcəyimi düşünür, mövcud şəraiti dəyərləndirirəm.
Bunu İranın keçmiş prezidenti Mahmud Əhmədinejad evinin qarşısına toplaşaraq, ondan namizədliyini irəli sürməsini istəyən tərəfdarları qarşısında danışarkən deyib.
“Prezident seçkilərində namizəd kimi qeydiyyatdan keçib-keçməyəcəyimə qərar vermək üçün şərtləri yoxlayıram. Ölkədə şirin dəyişikliklər gözləmək lazımdır və proseslərin gedişatı xalqın xeyrinədir”, – M.Əhmədinejad bildirib.
Mühafizəkar qanada mənsub olanlar keçmiş prezidentin ölkədə “şirin dəyişikliklərin baş verdiyi” barədəki fikirlərini onun İbrahim Rəisinin ölümündən məmnun olması ilə əlaqələndiriblər.
Qeyd edək ki, seçkilərdə iştirak edəcək namizədlər mayın 30-dan qeydiyyata alınacaq. Növbədənkənar prezident seçkiləri isə iyunun 28-də keçiriləcək.
#İran teqi istifadə olunub
- İranla Avropa arasında yeni gərginlik | Parisdən Tehrana sərt xəbərdarlıq - Baku TV
- ABŞ-nin İran strategiyasında hansı xətt üstünlük təşkil edir? - Baku TV
- "Təzyiq və zorakılıq qarşısında geri çəkilməyəcəyik" | İran Prezidentindən açıqlama - Baku TV CANLI
- İran bu hücuma necə cavab ola bilər? | Regionda sular yenidən qaynayır? - Baku TV CANLI
- Tehran MDB ölkələri ilə əməkdaşlığını genişləndirmək istəyir | Rusiyanın mövqeyi nədir? - Baku TV
