İsrail atəşkəs üçün təklif göndərdi | Girovlar belə azad edilə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail HƏMAS-a onlar tərəfindən saxlanılan bütün girovların azad edilməsi müqabilində hərbi əməliyyatların 2 ay müddətinə dayandırılmasını nəzərdə tutan razılaşma təklif edib.
ABŞ-nin “Axios” nəşrinin yaydığı məlumata görə, təklif Qətər və Misir nümayəndələrinin vasitəsilə qarşı tərəfə çatdırılıb.
Qeyd edək ki, razılaşma bütün girovların azad olunması və həlak olanların cəsədlərinin bir neçə mərhələdə qaytarılmasını tələb edir. İlk etapda qadınların, 60 yaşdan yuxarı kişilərin və vəziyyəti ağır olanların azad olunması nəzərdə tutulub. Növbəti mərhələlərdə isə qadın və kişi hərbçilərin sərbəst buraxılması və girovların cəsədlərinin təhvil verilməsi reallaşdırılacaq.
Şərtə görə, tərəflər hər bir israilli girov üçün azad ediləcək fələstinli məhbusların sayını əvvəlcədən razılaşdıracaq, ardınca isə məhbusların kimliyi barədə danışıqlar aparılacaq.
#HƏMAS teqi istifadə olunub
- Netanyahu əvvəlcədən xəbərdarlıq alması barədə xəbərlərə aydınlıq gətirdi
- "Nuxba" və HƏMAS ciddi itkilər verib
- “Nuxba” bölməsinin 4 komandiri öldürülüb
- Qəzzanın idarəçiliyi texnokrat hökumətə verilə bilər | HƏMAS kənarda qalacaq? - Baku TV CANLI
- Trampın post-müharibə planı icra edilir | HƏMAS razılaşmaya hazırdır? - Baku TV CANLI
