İsrail İranda bu şəxsləri hədəfə aldı! - Tramp Tehrana meydan oxudu
Yeniliklərdən dərhal xəbərdar olun
İranın xüsusi xidmət orqanları 2025-ci ilin iyun ayında İsraillə 12 günlük müharibə zamanı 23 yüksəkvəzifəli məmura qarşı sui-qəsdin qarşısını alıb.
Bu barədə yerli KİV məlumat yayıb.
Bildirilir ki, İsrailin İranda 23 yüksəkvəzifəli məmurunun öldürülməsinə yönəlmiş planlarını, həmçinin müharibədən əvvəlki aylarda 13 oxşar sui-qəsdin aşkarı və zərərsizləşdirilməsinə nail olunub. Bu da 35 yüksəkvəzifəli mülki və hərbi məmurun sui-qəsdinin qarşısını alıb.
Qeyd edək ki, bu açıqlamanın fonunda, Vaşinqtondan reaksiya gecikməyib. Belə ki, ABŞ Prezidenti Donald Tramp Tehranın öz nüvə proqramını bərpa edəcəyi təqdirdə Vaşinqtonun onu yenidən məhv edəcəyini bildirib.
"Onlar çox pis siqnallar göndərirdilər. Onlar bunu etməməli idilər. Biz onların nüvə potensialını məhv etdik. Onlar yenidən buna başlaya bilərlər. Əgər bunu etsələr, biz hər şeyi bir göz qırpımında məhv edəcəyik", ‒ deyə Tramp vurğulayıb.
#Donald Tramp teqi istifadə olunub
- Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?
- ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
