İsrail Ordusu Beyrutu hədəf aldı
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailə məxsus dronlar Livanın paytaxtı Beyrutun cənubunda yerləşən HƏMAS-ın qərargahına zərbə endirib. Nəticədə xeyli sayda ölən və yaralılar var.
Ümumilikdə 4 nəfərin öldüyü, 11 nəfərin yaralandığı bildirilir. Ölənlərdən biri HƏMAS-ın İordan çayının Qərb sahilindəki nümayəndəsi Saleh əl-Aruridir. O, HƏMAS-ın liderlərindən biri, təşkilatın hərbi qanadı “İzzəddin Əl-Qəssam” briqadasının banilərindəndir.
2023-cü ilə olan vəziyyətə əsasən o, HƏMAS-ın siyasi bürosunda sədr müavini və HƏMAS-ın İordan çayının qərb sahilindəki hərbi komandanıdır. Bununla belə, o, Livanda yaşayıb.
Bu arada, BMT Livanın paytaxtı Beyrutdakı partlayışdan sonra son dərəcə narahat olub. Bu barədə təşkilatın Baş katibinin ofisinin nümayəndəsi Florensiya Soto Ninyo deyib.
“Aydındır ki, hadisələrin inkişafı son dərəcə narahat edir”, – deyə o, Beyrutdakı partlayışı şərh edib.
#Livan Respublikası teqi istifadə olunub
- İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı artıb | Tutucu raket buraxılıb - Baku TV
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
- İsrail Livanın cənubuna növbəti dəfə aviazərbələr endirib
- İsrail Livanın cənubuna aviazərbələr endirib, ölənlər var - Baku TV CANLI
- "Ciddi maneələr var" | Gündəmi zəbt edən planın pərdəarxası məqamları - Baku TV
