İsrail Qəzzanın bu şəhərini darmadağın etdi | Çoxlu sayda ölən var
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Qəzza zolağının mərkəzində yerləşən Deyr əl-Bələh şəhərini aviazərbələrlə atəşə tutub.
Hücumlar nəticəsində azı 18 dinc sakin həlak olub. Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıblar.
Ərəb mətbuatının məlumatına görə, intensiv aviazərbələr çox sayda mülki şəxsin yaralanması ilə nəticələnib.
Bundan əlavə, Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən Nasser Tibb Mərkəzi və Fələstin anklavının şimalındakı Əl-Şifa xəstəxanası da İsrail ordusu tərəfindən intensiv artilleriya atəşinə tutularaq bombardman edilib.
Bütün bu hücumların fonunda rəsmi Tel-Əviv Qəzza zolağında potensial atəşkəs razılaşmasının imzalanmasına və qarşılıqlı girov mübadiləsinin həyata keçirilməsinə hazır olduğunu bildirib. İsrail mediasında yayılan məlumata görə isə razılaşma əldə olunarsa, 700-800 fələstinli girov azad ediləcək. HƏMAS isə 40 israillini geri qaytaracaq.
#Qəzza zolağı teqi istifadə olunub
