Pleyeri seçin:

İsrailin hava hücumları 1,38 milyard dollar ziyan vurub

23 iyun 2026 318 baxış

İsrailin hava hücumları Livanın cənubundakı mənzillərə 1,38 milyard dollar birbaşa ziyan vurub.

Bu barədə BMT-nin İnkişaf Proqramının hesabatında qeyd olunub.

"İsrailin hücumları səbəbindən Livanın cənubunda 11 095 bina tamamilə dağıdılıb, 2242 bina qismən zədələnib, 5219 bina isə kiçik ziyan görüb", – deyə hesabatda bildirilir.

Sosial İşlər Nazirliyinin məlumatına görə, Livanda hərbi əməliyyatlar səbəbindən didərgin düşənlərin sayı 963 497 nəfərə çatıb ki, bu da ümumi əhalinin 16%-ni təşkil edir. 160 000-dən çox vətəndaş isə tamamilə evsiz qalıb.

Bu arada, ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Livanda atəşkəslə bağlı irəliləyiş əldə olunub. O, İsrailin özünümüdafiə haqqını vurğulayaraq, "Hizbullah"ın hədəfə alınmasına bəraət qazandırıb.

"Əlbəttə ki, İsrail buna cavab verməlidir. Amma bu hücumlara Livan, İsrail və "Hizbullah" arasında gedən danışıqlar nəzərə alınaraq, cavab verilsə, vəziyyət daha dinc olar. Ötən 24 saat bəlkə də Livanın gördüyü ən dinc durum idi, üç sutka əvvəl orada atışmalar baş verirdi. Beləliklə, tədricən irəliləyiş əldə olunur", – deyə Vens bildirib.

O, İsrailin Livan ərazisini ələ keçirmək niyyətində olmadığını, sadəcə özünü cənubi Livanda olan "Hizbullah" döyüşçülərindən qorumağa çalışdığını vurğulayıb.

"Düşünürəm ki, həm Livanın ərazi bütövlüyünü qoruya, həm də İsrailin təhlükəsizliyini təmin edə bilərik", – deyə Vens əlavə edib.

Banner
Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Dünya
28 oktyabr 2026 318 baxış
ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

Dünya
28 oktyabr 2026 318 baxış
İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 318 baxış
Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Dünya
28 oktyabr 2026 318 baxış
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 318 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 318 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 318 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 318 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 318 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 318 baxış
Seçilmişlər
icon