Pleyeri seçin:

Jitomirdə sənədlərin yoxlanılması 4 nəfərin ölümü ilə nəticələndi

24 oktyabr 2025 472 baxış

Ukraynanın Jitomir vilayətinin Ovruç dəmir yolu stansiyasında sənədlərin yoxlanılması zamanı bir kişi partlayıcını işə salıb, nəticədə, 4 nəfər həlak olub.

Vilayətin polisi oktyabrın 24-də dəmir yolu stansiyasında ölümcül hadisənin baş verdiyini təsdiqləyib. İnsident baş verən ərazidə istintaq-operativ qruplar işləyir və partlayışın başvermə səbəbləri araşdırılır.

Daxili İşlər Nazirliyinin sözçüsü Maryana Reva 4 nəfərin öldüyünü təsdiqləyib. Həlak olanlardan ikisi Sərhəd Xidmətinin əməkdaşı, ikisi isə mülki şəxsdir. Bundan başqa, partlayış nəticəsində iki hərbçi və 10 mülki şəxs xəsarət alıb.

Partlayışı 23 yaşlı Xarkov sakininin törətdiyi bildirilir. Hadisəni törədən şəxs isə ölümcül yaralar alıb və xəstəxanaya aparılarkən təcili tibbi yardım avtomobilində həlak olub. Buna görə də hadisənin başvermə səbəbləri hələ ki tam aydın deyil. Amma hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, daha əvvəl partlayış nəticəsində 5 nəfərin öldüyü bildirilsə də, Ukraynanın müvafiq orqanları bu məlumatı təkzib edib.

Banner
Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Dünya
28 oktyabr 2026 472 baxış
ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

Dünya
28 oktyabr 2026 472 baxış
İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 472 baxış
Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Dünya
28 oktyabr 2026 472 baxış
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 472 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 472 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 472 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 472 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 472 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 472 baxış
Seçilmişlər
icon