Pleyeri seçin:

Kiyevə zərbələr gücləndi: azərbaycanlılar necə yaşayır? - “Sağ qalmaq istəyirik, xeyli adam ölür...”

21 oktyabr 2026 29 baxış

Son vaxtlar Ukraynada, xüsusilə də paytaxt Kiyevdə yanacaqdoldurma məntəqələrinə və ümumilikdə enerji infrastrukturuna endirilən hava zərbələri ölkədə ciddi gərginliyə səbəb olub.

Yanacağın qiymətində kəskin artım, yanacaq çatışmazlığı, eləcə də enerji təchizatında yaranan məhdudiyyətlər vəziyyəti daha da çətinləşdirib.

Hazırda Kiyevdə hava zərbələri nəticəsində zədələnmiş və fəaliyyətini dayandırmış yanacaqdoldurma məntəqələrinə tez-tez rast gəlmək mümkündür.

Azərbaycan diasporunun nümayəndəsi Sərxan Vidadiyev bildirib ki, Ukraynada yaşayan azərbaycanlı sahibkarlar da yaranmış vəziyyətlə əlaqədar ciddi problemlərlə üzləşirlər:

“Bunlardan ən əsası yanacaqdoldurma məntəqələrində yaranan növbələr, yanacağın qiymətinin bahalaşması, enerji təchizatında yaranan problemlər, elektrik enerjisinin kəsilməsi və istiliyin olmamasıdır. Bütün bunlar bir çox iş yerlərinin bağlanmasına səbəb olub”.

Ukrayna Ali Radasının deputatı Sergey Naqornyak isə ölkədəki vəziyyətin hazırda kifayət qədər mürəkkəb olduğunu deyib:

“Təxminən 100 yanacaqdoldurma stansiyası ruslar tərəfindən dağıdılıb. Son bir neçə həftə ərzində Kiyev sakinlərinin hərəkət etdiyi, insanların işə, məktəbə və uşaq bağçalarına getdiyi körpülərə hücumların şahidi olduq. Ruslar günün günorta çağı körpülərdə hərəkət edən avtomobillərə zərbələr endirdilər.

Lakin buna baxmayaraq, ukraynalılar Azərbaycan kimi dostların dəstəyi sayəsində müqavimət göstərirlər. Dəstəyə görə minnətdarıq və biz mütləq dayanacağıq”.

Banner
Ermənistan və ABŞ TRIPP sazişinin ratifikasiyasını müzakirə edir - Baku TV CANLI

Ermənistan və ABŞ TRIPP sazişinin ratifikasiyasını müzakirə edir - Baku TV CANLI

Dünya
21 oktyabr 2026 29 baxış
Uşaqların təhsili və sağlamlığı gündəmdə | Özbəkistandakı beynəlxalq tədbirin mahiyyəti - Baku TV

Uşaqların təhsili və sağlamlığı gündəmdə | Özbəkistandakı beynəlxalq tədbirin mahiyyəti - Baku TV

Dünya
21 oktyabr 2026 29 baxış
Kiyev ittifaqa üzvlüyün əvəzinə konkret təminatların verilməsini istəyir

Kiyev ittifaqa üzvlüyün əvəzinə konkret təminatların verilməsini istəyir

Dünya
21 oktyabr 2026 29 baxış
İraqdan kritik qərar | Yaxın Şərqdəki xaos yeni gərginliyə səbəb oldu - Baku TV CANLI

İraqdan kritik qərar | Yaxın Şərqdəki xaos yeni gərginliyə səbəb oldu - Baku TV CANLI

Dünya
21 oktyabr 2026 29 baxış
Atılmış metal qalıqları onun əlində hərbi texnikanın modellərinə çevrilir

Atılmış metal qalıqları onun əlində hərbi texnikanın modellərinə çevrilir

Dünya
21 oktyabr 2026 29 baxış
Vaşinqton və Kiyev arasındakı münasibətlərdə gərginlik artmaqda davam edir

Vaşinqton və Kiyev arasındakı münasibətlərdə gərginlik artmaqda davam edir

Dünya
21 oktyabr 2026 29 baxış
Tramp Ukrayna və Rusiya liderlərinin görüşünün mütləq olmadığını hesab edir

Tramp Ukrayna və Rusiya liderlərinin görüşünün mütləq olmadığını hesab edir

Dünya
21 oktyabr 2026 29 baxış
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcılarını yerləşdirəcək

Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcılarını yerləşdirəcək

Dünya
21 oktyabr 2026 29 baxış
Tədqiqatçılar iqlim dəyişikliyinin təbiət üçün kritik həddə çatmaq təhlükəsindən xəbərdarlıq edirlər

Tədqiqatçılar iqlim dəyişikliyinin təbiət üçün kritik həddə çatmaq təhlükəsindən xəbərdarlıq edirlər

Dünya
21 oktyabr 2026 29 baxış
Minlərlə mağazanın qarət olunduğu hadisələrə görə 149 nəfərə hökm çıxarılıb

Minlərlə mağazanın qarət olunduğu hadisələrə görə 149 nəfərə hökm çıxarılıb

Dünya
21 oktyabr 2026 29 baxış
Seçilmişlər
icon