Kiyevin zərbə imkanlarını artırmaq üçün Britaniyadan yeni raket tədarükü gözlənilir
Böyük Britaniya Ukraynaya əlavə uzaqmənzilli “Storm Shadow” qanadlı raketləri tədarük etməyi planlaşdırır.
“Bloomberg“in məlumatına görə, məsələ oktyabrın 14-də Londonda Böyük Britaniyanın Baş naziri Endi Börnemlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdə müzakirə olunub.
Agentlik qeyd edir ki, Britaniya hökuməti məlumatı şərh etməkdən imtina edib. Dauninq-strit həmçinin Ukraynada müharibə başlayandan bəri Kiyevə nə qədər “Storm Shadow” raketinin göndərildiyini açıqlamayıb.
Bununla yanaşı, Ukraynanın ABŞ istehsalı olan "Patriot" hava hücumundan müdafiə sistemləri artıq tükənib. Bu barədə vəziyyətlə tanış olan mənbə CNN-ə bildirib.
Qeyd edilib ki, buna ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski arasındakı mübahisə səbəb olub.
Mənbə CNN-ə bildirib ki, raket çatışmazlığı səbəbindən son hücum zamanı atılan ballistik raketlərin, demək olar ki, heç biri zərərsizləşdirilməyib.
#Böyük Britaniya teqi istifadə olunub
- Rusiya təxribatlar üçün cinayətkarlardan istifadə edir
- Britaniyada yüzlərlə insan meydanlara axışdı | Silah tədarükünə qarşı yürüş keçirildi - Baku TV
- Küveyt Britaniyadan 489 milyon dollarlıq HHM sistemi alacaq
- Qüdsdəki kompromis böhranı həll etdi, yoxsa sadəcə təxirə saldı? - Baku TV
- 32 və 36 yaşlı şəxs hərbi bazaya qanunsuz daxil olub
