Kreml: Putin Zelenski ilə görüşün mümkünlüyünü istisna etmir
Yeniliklərdən dərhal xəbərdar olun
Moskva Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın avqustun 15-də Alyaskada Ukrayna məsələsi ilə bağlı danışıqların təfərrüatlarını açıqlamağı məqsədəuyğun hesab etmir.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Alyaskadakı danışıqlarda Ukrayna nizamlanması mövzusu dərindən müzakirə olunub. Lakin hesab edirik ki, hansısa təfərrüatı açıqlamaq məqsədəuyğun deyil, çünki nizamlanma maraqları baxımından indi hissə-hissə işləmək vacibdir", – deyə D.Peskov qeyd edib.
O əlavə edib ki, V.Putin və D.Trampın görüşü vaxtında baş tutmuş məzmunlu və çox konstruktiv görüş olub.
Diplomat həmçinin bildirib ki, Vladimir Putin və Volodimir Zelenskinin görüşünün hazırlanması üzrə ekspert səviyyəsində iş hələ tam sürətlə həyata keçirilmir, lakin Moskva belə danışıqlara marağını və hazırlığını qoruyub saxlayır.
"V.Putin belə bir görüşün keçirilməsi mümkünlüyünü istisna etmir, lakin hesab edir ki, ekspert səviyyəsində həyata keçirilməli olan işlər yekunlaşdırılmalıdır ki, ali səviyyədə istənilən görüş yaxşı hazırlansın”, – D.Peskov bildirib.
#Rusiya teqi istifadə olunub
- Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV
- İngilis marşal dəniz ittifaqı yaradır
- Tehran MDB ölkələri ilə əməkdaşlığını genişləndirmək istəyir | Rusiyanın mövqeyi nədir? - Baku TV
- Yakutskda ekstremal üzgüçülük yarışı keçirilib
- Qisas, yoxsa sülh? | İrəvan gələcək nəsillərə nə miras qoymaq istəyir? - Baku TV CANLI
