Makrondan Fransa bayrağına qarşı hörmətsizlik
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa Prezidenti Emmanuel Makron Yeni il münasibətilə xalqa müraciəti zamanı görkəmli yerdə Fransa bayrağının təsvirinin yerləşdirilməsi ənənəsindən imtina edərək qəbuledilməz hərəkət edib.
Bu fikri Fransanın Vətənpərvərlər Partiyasının lideri, Avropa Parlamentinin keçmiş üzvü Florian Filippot deyib.
“O, necə cəsarət etdi! Yeni il müraciəti zamanı Makronun arxasında Fransa bayrağı yox idi!”, – siyasətçi “X” səhifəsində yazıb.
Filippotun sözlərinə görə, Fransa bayrağı prezidentin çıxışı zamanı onun arxasında dalğalanan çoxlu sayda digər Avropa ölkələrinin bayraqlarından sadəcə biridir. Partiya lideri prezidentin bu qərarını Makronun Fransaya nifrət etdiyinin daha bir sübutu hesab edib.
Qeyd edək ki, baş verənlərdən sadə vətəndaşlar da hiddətlənib. “Buna səs verək? Onu Fransa maraqlandırmır. Makron siyasi oyunlara qapılıb”, – deyə onlar sosial şəbəkələrdə yazıblar.
#Emmanuel Makron teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- İnsan haqları, yoxsa siyasi maraqlar?
- Fransanı silkələyən kütləvi etirazlara nə səbəb olur? - Makron rejimi və siyasi maraqlar - Baku TV
- Makronun açıqlamasından sonra Fransada nə dəyişəcək? - Baku TV CANLI
