Pleyeri seçin:

Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

02 noyabr 2026 230 baxış

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyanın Türk Dövlətləri Təşkilatına (TDT) qoşulması və ya müşahidəçi statusu alması ilə bağlı təklifindən sonra Kremlin sözçüsü Dmitri Peskov təşəbbüsü məntiqli və təbii adlandırıb. Moskva bu yanaşmanı Rusiyada yaşayan türk xalqlarının tarixi və etnik bağları ilə əsaslandırıb.

Siyasi şərhçi Oqtay Qasımov Baku TV-yə açıqlamasında bildirib ki, Moskvanın bu məsələdə mövqeyi yeni deyil. Onun sözlərinə görə, bir neçə il əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da oxşar fikirlər səsləndirmişdi.

Ekspert hesab edir ki, Rusiyanın TDT-də təmsil olunması təşkilatın mahiyyətinə və türk dövlətlərinin maraqlarına uyğun deyil:

“Rusiya hesab edir ki, Türk dünyası ölkələri arasında inteqrasiya güclənir və Türk Dövlətləri Təşkilatı regional və qlobal proseslərdə getdikcə daha aktiv rol oynayır. Moskva indidən bu prosesi nəzarət altına almaqda maraqlı ola bilər”.

Oqtay Qasımovun fikrincə, Rusiyada yaşayan türk xalqlarının mövcudluğu həmin ölkənin TDT-yə üzv olması üçün əsas sayıla bilməz. Əks halda, eyni məntiqlə İran və Çin kimi ölkələrin də təşkilata qoşulması məsələsi gündəmə gələ bilər.

“Bu halda təşkilat öz mahiyyətini ciddi şəkildə itirə bilər. Rusiyanın səsvermə hüququ əldə etməsi ona təşkilatı başqa istiqamətə yönəltmək və öz maraqlarına xidmət edən formata çevirmək imkanı verə bilər. Bu, istisna deyil”, – deyə siyasi şərhçi bildirib.

Banner
İsraili gözləyən nəticə | Siyasi düyünü kim açacaq? - Baku TV CANLI

İsraili gözləyən nəticə | Siyasi düyünü kim açacaq? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 230 baxış
Qara dənizdə taxıl dəhlizinin açılması Zelenski ilə Modi arasındakı telefon söhbətində müzakirə edilib

Qara dənizdə taxıl dəhlizinin açılması Zelenski ilə Modi arasındakı telefon söhbətində müzakirə edilib

Dünya
10 noyabr 2026 230 baxış
Türkiyənin İraqdakı hərbi bazadan çıxması prosesi nə zaman tamamlanacaq?

Türkiyənin İraqdakı hərbi bazadan çıxması prosesi nə zaman tamamlanacaq?

Dünya
10 noyabr 2026 230 baxış
Əbu-Dabidə keçiriləcək danışıqlarda təhlükəsizlik zəmanətləri əsas mövzu olacaq

Əbu-Dabidə keçiriləcək danışıqlarda təhlükəsizlik zəmanətləri əsas mövzu olacaq

Dünya
10 noyabr 2026 230 baxış
Berlin Ukraynaya maliyyə dəstəyi üçün vahid öhdəlik tələb edir

Berlin Ukraynaya maliyyə dəstəyi üçün vahid öhdəlik tələb edir

Dünya
10 noyabr 2026 230 baxış
Tehran Hörmüz boğazı ilə bağlı iddiaları təkzib edib

Tehran Hörmüz boğazı ilə bağlı iddiaları təkzib edib

Dünya
10 noyabr 2026 230 baxış
Konqresmen müharibə naziri Heqsetin impiçmentini tələb edir

Konqresmen müharibə naziri Heqsetin impiçmentini tələb edir

Dünya
10 noyabr 2026 230 baxış
Minimum əməkhaqqı ətrafındakı mübahisə Fransada ümumxalq tətilinə çevrilir

Minimum əməkhaqqı ətrafındakı mübahisə Fransada ümumxalq tətilinə çevrilir

Dünya
10 noyabr 2026 230 baxış
Çində 3 min dronun iştirakı ilə işıq nümayişi keçirilib

Çində 3 min dronun iştirakı ilə işıq nümayişi keçirilib

Dünya
10 noyabr 2026 230 baxış
Moskva zooparkında meymun dünyaya gəlib

Moskva zooparkında meymun dünyaya gəlib

Dünya
10 noyabr 2026 230 baxış
Seçilmişlər
icon