Milli təhlükəsizlik və kibertəhlükəsizlik üçün risk hesab edilir
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ administrasiyası milli təhlükəsizlik və kibertəhlükəsizlik risklərini əsas gətirərək Çin istehsalı olan yeni humanoid robotların ölkəyə idxalına məhdudiyyət tətbiq edib.
Qərar internetə qoşulan bəzi digər ağıllı robot sistemləri və dördayaqlı robotları da əhatə edir.
Rəsmilər bildiriblər ki, müasir humanoid robotlar yüksəkkeyfiyyətli kameralar, mikrofonlar və müxtəlif sensorlarla təchiz olunduğundan onların həssas məlumatların toplanması və uzaqdan idarə olunması üçün istifadə edilə biləcəyi ehtimalı narahatlıq doğurur. Buna görə də ABŞ hökuməti bu sahədə xarici texnologiyalardan, xüsusilə Çin istehsalından asılılığı azaltmağa çalışır.
Qərarın humanoid robot istehsalında aparıcı Çin şirkətlərindən olan "Unitree Robotics" və "AgiBot" kimi istehsalçılara təsir göstərəcəyi gözlənilir.
Ekspertlərin fikrincə, bu addım ABŞ və Çin arasında süni intellekt və robot texnologiyaları sahəsində davam edən rəqabətin daha da gücləndiyini göstərir. Məhdudiyyət əsasən yeni idxal ediləcək məhsullara şamil olunur.
ABŞ administrasiyası hesab edir ki, qərar ölkənin kritik infrastrukturu və informasiya təhlükəsizliyinin qorunmasına xidmət edəcək.
#Humanoid robotlar teqi istifadə olunub
- Humanoidlər və robot itləri real dağ şəraitində sınaqdan keçiriləcək
- Almaniyada yaradılan mərkəzdə humanoid robotlar real işlər üçün praktiki bacarıqlara yiyələnir
- Kütləvi humanoid robot istehsalı üçün nəzərdə tutulan zavod fəaliyyətə başlayıb
- "İldırım" 100 metr məsafəyə
- ABŞ və Çinin iki nəhəng şirkəti birgə robot hazırlayacaq?
