Pleyeri seçin:

Milyonlarla müsəlman təhlükə altındadır? | Kabanovdan aranı qarışdıracaq açıqlama

04 avqust 2025 445 baxış

Rusiya Prezidenti yanında İnsan Haqları Şurasının üzvü Kirill Kabanov ölkədə yaşayan müsəlmanlara qarşı yönəlmiş narahatlıqları açıq şəkildə ifadə edib.

Onun sözlərinə görə, Rusiyada miqrant problemi təkcə demoqrafik və sosial məsələ deyil, bu, artıq “sivilizasiya toqquşması”dır və bundan “qaçmaq mümkün deyil”.

K.Kabanov konkret olaraq miqrantların “niqab geyinmək”, “şəhərlərdə heyvan qurban etmək” və “nəzərdə tutulmamış yerlərdə namaz qılmaq” kimi dini ayinlərindən şikayətlənib.

Onun sözlərinə görə, bu davranışlar artıq rus əhalisi tərəfindən təhlükə kimi qəbul olunur və gəlmələr “sıxışdırılmalı rəqiblər” kimi görülür.

Ekspertlər bildirirlər ki, K.Kabanovun bu ritorikası miqrantlara qarşı deyil, birbaşa müsəlmanlara qarşı yönəlib. Xüsusilə də Orta Asiya ölkələrindən gələn, həmçinin rus pasportu daşıyan müsəlman icmaları bu kontekstdə həm sosial, həm dini baxımdan təhlükəli element kimi təqdim olunur.

Belə yanaşmalar Rusiyada islamofobiya siyasətinin və ümumi antisosial ritorikanın dərinləşdiyini göstərir. Son illər həm media, həm də hüquq-mühafizə sistemləri miqrantlara qarşı sərtləşdirilən yanaşmalarla diqqət çəkir. Lakin bu dəfə məsələ miqrasiya çərçivəsini aşaraq birbaşa dini həyat tərzinə və islama qarşı çevrilmiş görünür.

Qeyd edək ki, Kirill Kabanov əvvəllər də sərt və radikal mövqeləri ilə tanınıb. Onun budəfəki çıxışı isə Rusiyada yaşayan milyonlarla müsəlman vətəndaşı narahat edəcək səviyyədə açıq diskriminasiya nümunəsidir.

Müşahidəçilər hesab edirlər ki, bu cür yanaşmalar təkcə sosial gərginliyi artırmır, həm də Rusiya daxilində etnik və dini qarşıdurmaları alovlandıra bilər.

Ölkənin müxtəlif bölgələrində müsəlmanların namaz qılması və dini bayramlarda qurban kəsməsi adi haldır və bu, illərdir mövcud olan sosial dəyərlərin bir hissəsidir. Lakin K.Kabanovun bu çıxışı həmin normaları “qəbuledilməz davranış” kimi təqdim etməklə Rusiya dövlət strukturlarında dini ayrı-seçkiliyin rəsmi səviyyədə təşviq olunduğunu göstərir.

İrəvanın riskli oyunu, KTMT-nin qərarı: Moskva-İrəvan arasında körpülər tam yandırılır? - Baku TV

İrəvanın riskli oyunu, KTMT-nin qərarı: Moskva-İrəvan arasında körpülər tam yandırılır? - Baku TV

Dünya
05 avqust 2026 445 baxış
Avropanın ikinci ən güclü hava donanması Türkiyəyə məxsusdur

Avropanın ikinci ən güclü hava donanması Türkiyəyə məxsusdur

Dünya
05 avqust 2026 445 baxış
Cəngəlliklərdə qədim sivilizasiyanın izləri tapıldı

Cəngəlliklərdə qədim sivilizasiyanın izləri tapıldı

Dünya
05 avqust 2026 445 baxış
Hindistan gəmisi Yəmən sahillərində hücuma məruz qaldı

Hindistan gəmisi Yəmən sahillərində hücuma məruz qaldı

Dünya
05 avqust 2026 445 baxış
İran və Oman dəniz marşrutlarını razılaşdırmağa çalışır

İran və Oman dəniz marşrutlarını razılaşdırmağa çalışır

Dünya
05 avqust 2026 445 baxış
NATO-nun Şərqə genişlənmə planı iflas etdi? | Tbilisidən sərt reaksiya - Baku TV

NATO-nun Şərqə genişlənmə planı iflas etdi? | Tbilisidən sərt reaksiya - Baku TV

Dünya
05 avqust 2026 445 baxış
Pentaqon İrana qarşı hərbi əməliyyatla bağlı yeni rəqəmləri açıqladı - Baku TV CANLI

Pentaqon İrana qarşı hərbi əməliyyatla bağlı yeni rəqəmləri açıqladı - Baku TV CANLI

Dünya
05 avqust 2026 445 baxış
Dünyanın ən qeyri-adi qaydaları olan şəhər

Dünyanın ən qeyri-adi qaydaları olan şəhər

Dünya
05 avqust 2026 445 baxış
Avropada aviaşirkətlər çətin vəziyyətə düşdü

Avropada aviaşirkətlər çətin vəziyyətə düşdü

Dünya
05 avqust 2026 445 baxış
Yeni Zellandiyaya qar yağdı, məktəblər bağlandı

Yeni Zellandiyaya qar yağdı, məktəblər bağlandı

Dünya
05 avqust 2026 445 baxış
Seçilmişlər
icon