Pleyeri seçin:
Miqrantları daşıyan qayıqda dəhşətli hadisə yaşandı
Göyərtəsində 100-ə yaxın miqrantın olduğu qayıq İtaliyanın Lampeduza adasının sahillərində aşıb, nəticədə azı 20 nəfər ölüb, onlarla insan itkin düşüb.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumatında bildirilib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İtaliyadakı nümayəndəliyindən qeyd olunub ki, sağ qalan 60 nəfər Lampeduzadakı mərkəzə aparılıb.
Sağ qalanların sözlərinə görə, gəmi Liviyanı tərk edərkən göyərtəsində təxminən 97 miqrant olub. Məlumata görə, 20 cəsəd tapılıb və daha 17 nəfər axtarılır.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından bildirilib ki, bu il Aralıq dənizinin mərkəzi hissəsindən təhlükəli keçid zamanı boğulan sonuncular da daxil olmaqla 675 miqrant həlak olub.
Kopyalandı
#İtaliya teqi istifadə olunub
- Tarixi abidə 3 gün ziyarətçilərə bağlanmışdı
- SOCAR-ın 10 faizlik pay əldə etdiyi "Baleine" layihəsi hansı xüsusiyyətləri ilə seçilir? - Baku TV
- İtaliyada məktəblərdə niqabın qadağan edilməsi və yeni şagird limiti gündəmdədir - Baku TV
- İtaliya hökuməti məktəblərdə niqab geyinməyi qadağan edə bilər - Baku TV CANLI
- Meloni təxribatların Avropadan daha çox Rusiyaya fayda verdiyini bildirdi - Baku TV CANLI
