Pleyeri seçin:

Mixeil Kavelaşvili: "Bu, terror aktıdır"

03 dekabr 2025 573 baxış

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili müxalifət lideri Aleko Elisaşvilinin hərəkətlərini və Gürcüstan hakimiyyətinin ötən ilin noyabrında etirazları dağıtmaq üçün kimyəvi maddədən istifadə etməsi ilə bağlı BBC xəbərini “terror aktı” adlandırıb.

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti BBC-nin 2024-cü ilin noyabr-dekabr aylarında Tbilisidə müxalifətin mitinqlərini dağıtmaq üçün hüquq-mühafizə orqanlarının zəhərli kimyəvi maddələrdən istifadə etməsi məlumatı ilə bağlı araşdırmaya başlayıb.

“Aleko Elisaşvilinin hərəkətlərinə və BBC-nin məqaləsinə eyni kontekstdə baxmaq lazımdır – bu, terror aktıdır. Hamının gözü önündə bir polis məmurunu “Molotov kokteyli” ilə yandırmağa çalışan Qriqoriadisdən necə qəhrəman yaratdıqlarını xatırlayın. Bunlar Gürcüstanın dövlətçiliyinə qarşı olan, terrorçu qüvvələrə, terror aktlarına tam olaraq ehtiyac duyan insanlardır”, – deyə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bildirib.

Qeyd edək ki, hakim “Gürcü Arzusu” partiyası dekabrın 1-də təsdiqlənməmiş məlumatların yayılmasına görə BBC-yə qarşı beynəlxalq məhkəmələrdə iddia qaldıracağını bəyan edib.

Bir neçə gün əvvəl BBC bildirib ki, onun topladığı sübutlar Gürcüstan hökumətinin Tbilisidə nümayişçilərə qarşı Birinci Dünya müharibəsindən qalma kimyəvi silahlardan istifadə etdiyini göstərir.

Kopyalandı
Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 573 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 573 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 573 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 573 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 573 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 573 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 573 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 573 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 573 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 573 baxış
Seçilmişlər
icon