Pleyeri seçin:

Müxalif qrupun lideri planlarını açıqladı | Suriya münaqişəsinin yeni mərhələsi başlayır

10 dekabr 2024 412 baxış

Suriyanın tanınmış müxalif qruplarından biri olan Heyət Təhrir əş-Şamın lideri Əbu Məhəmməd Colani yeni rejimin mövqeyi ilə bağlı diqqətçəkən açıqlama verib.

Colani İran və “Hizbullah”ı Suriyanın əsas düşmənləri kimi təqdim edib və bu qüvvələrin ölkənin stabilliyi üçün ciddi təhlükə yaratdığını bildirib.

“İran və “Hizbullah” Suriyanın milli birliyinə və sabitliyinə qarşı ən böyük təhdiddir. Bizim məqsədimiz Suriyada əmin-amanlıq yaratmaq və bu qüvvələrin təsirini sona çatdırmaqdır”, – deyə Colani bəyan edib.

Colani çıxışında yeni rejimin bölgədəki digər ölkələrlə əməkdaşlıq edəcəyini, lakin İran və “Hizbullah”ın bu prosesdə iştirak etməsinin mümkün olmadığını vurğulayıb.

Onun sözlərinə görə, bu qüvvələr yalnız Suriyanın deyil, bütövlükdə regionun təhlükəsizliyini təhdid edir. Bu açıqlama Suriyanın yeni siyasi kursunun istiqamətini və müxalifət qüvvələrinin gələcək strategiyalarını nümayiş etdirir.

Beynəlxalq ictimaiyyət və region ölkələri, Colaninin bu mövqeyini diqqətlə izləyir. İran və “Hizbullah” isə öz tərəflərindən bu bəyanatları rədd edir və bölgədə sülhün təmin edilməsində iştirak etdiklərini iddia edir.

Suriya münaqişəsinin yeni mərhələsində bu açıqlama bölgədəki güc balansına təsir edəcək mühüm bir siqnal kimi qiymətləndirilir.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 412 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 412 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 412 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 412 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 412 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 412 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 412 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 412 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 412 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 412 baxış
Seçilmişlər
icon