Nüvə silahı ilə hücum nə vaxt olacaq? - Rusiyadan Qərbə xəbərdarlıq
“Rusiya Federasiyası yenilənmiş nüvə doktrinasını təsdiqləyib. Bu, rəsmi Moskvanın Rusiyaya qarşı istənilən nüvə təcavüzünə nüvə zərbələri ilə cavab vermək hüququnu müəyyən edən yeni sənəddir”.
Bunu Baku TV-yə açıqlamasında Xəzər Strateji Tədqiqatlar İnstitutunun baş direktoru İqor Koretçenko deyib.
O qeyd edib ki, sözügedən doktrina dünyada sabitliyin qorunmasına xidmət edir:
“Rusiya isə heç bir ölkəni təhdid etmir. Bir şeyi başa düşmək vacibdir ki, nüvə silahının potensial istifadəsi mövzusu Ukrayna ətrafındakı vəziyyətlə bağlıdır. Qərb dövlətləri Ukraynanı daha çox silah-sursatla təmin edir. Bununla da birbaşa olaraq onu Rusiyanın dərinliklərindəki hədəflərə qarşı bu silahlardan istifadə etməyə sövq edirlər”.
İqor Koretçenko əlavə edib ki, nüvə silahından istifadə edib-etməmək barədə son qərarı yalnız bir şəxs – Rusiya Prezidenti Vladimir Putin verə bilər:
“Ümumiyyətlə, deyə bilərəm ki, Rusiyanın nüvə bölmələri bu gün uğurla inkişaf edir. Ölkəmiz öz hərbi qüvvələrinə açıq şəkildə bildirir ki, xaricdən hər hansı müdaxilə Rusiyanı bu cür cavab variantlarına əl atmağa məcbur edəcəyi halda, nüvə zərbəsini tələb edəcək hallar qaçılmaz olacaq”.
#Rusiya teqi istifadə olunub
- Azərbaycanla sülh fonunda Ermənistan-Rusiya münasibətlərində nə dəyişəcək? - Baku TV CANLI
- Köhnə qitədə yeni savaş anonsu | Moskvanın növbəti hədəfi Avropadır? - BAKU TV CANLI
- Rusiya Ermənistanın xarici siyasətində nəyi dəyişmək istəyir? - Baku TV CANLI
- Moskvanın İrəvandakı əsas nümayəndəsi ilə bağlı diqqətçəkən iddia yayılıb - ANA XƏBƏR
- “Tramp yolu” Ermənistan-Rusiya münasibətlərində yeni ziddiyyətləri yaradır? - AKTUAL GÜNDƏM
