Pleyeri seçin:

Öskürəyin müalicəsində çox edilən səhv | Rusiyalı həkim həyəcan təbili çaldı

02 sentyabr 2024 472 baxış

“Uşaqlarda öskürəyi müalicə edərkən bəlğəmgətirici və öskürək əleyhinə dərmanların birlikdə qəbulu məqsədəuyğun deyil”.

“Gazeta.ru” xəbər verir ki, bunu rusiyalı otolarinqoloq Daria Tsap bildirib. O qeyd edib ki, belə hallar boğulma ilə nəticələnə bilər.

Öskürək üçün vasitələr, o cümlədən şərbətlər iki yerə – antitüsiv və mukolitiklərə bölünür. Birincilər beyin qabığındakı öskürək mərkəzinə və öskürək reseptorlarına təsir edərək öskürək istəyini azaldır. Mukolitiklər isə bəlğəm istehsalını stimullaşdırır və onların tezliklə orqanizmdən çıxarılmasını təmin edərək bronxları təmizləyir.

“Nəzərə almaq lazımdır ki, öskürək əleyhinə və mukolitikləri birləşdirmək mümkün deyil. Bu zaman bəlğəm mayeləşəcək, lakin öskürək refleksinin bloklanması səbəbindən uşaq onu öskürə bilməyəcək. Nəticədə bronxlarda maye yığılmağa başlayacaq. Bundan əlavə, altı yaşdan kiçik uşaqlara mukolitiklər verilməməlidir. LOR orqanlarının və tənəffüs yollarının quruluşuna görə selik mayeləşdikdə uşaq öz bəlğəmi ilə boğula bilər”, – deyə həkim bildirib.

Onun sözlərinə görə, valideynlər arasında məşhur bir fikir var ki, quru öskürək əvvəlcə yaş öskürəyə çevrilməlidir və yalnız bundan sonra bəlğəmin çıxarılması başlamalıdır.

“Bu müalicə rejimi həmişə özünü doğrultmur. Xüsusilə 12 yaşdan yuxarı uşaqlar və yeniyetmələrdə. Əsasən viruslar səbəbi ilə quru öskürəyin olma ehtimalı daha yüksəkdir. Bu vəziyyətdə öskürəyin başlanğıcında dərhal qarşısını almaq və onu yaş vəziyyətə gətirməmək daha yaxşıdır”, – mütəxəssis izah edib.

Kopyalandı
Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 472 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 472 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 472 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 472 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 472 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 472 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 472 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 472 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 472 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 472 baxış
Seçilmişlər
icon