Özcan Dəniz görün kimə görə məhkəməlik oldu | Sənətçinin vəkilləri hərəkətə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəli tanınmış aktyor, müğənni Özcan Dənizin bütün əmlakının müsadirə edilməsinə qərar verilib, bank hesablarına həbs qoyulub.
Ö.Dəniz 22 ildir meneceri olan böyük qardaşı Ercan Dənizlə yaşanan gərginlikdən sonra həm hüquqi, həm də maliyyə cəhətdən çətin dövr yaşayır.
Torpaq mübahisəsi və təhdid iddialarına görə məhkəməlik olan sənətçi çətin vəziyyətlə üzləşib. Müğənninin əmlakının müsadirə edilməsinin arxasında isə qardaşı Ercan Dəniz dayanır.
İddialara görə, Özcan Dəniz illər əvvəl Ercan Dənizin götürdüyü böyük məbləğlərdə olan bank kreditlərində zamin olub. Lakin borclar ödənilmədiyi üçün kreditor banklar girov qoyulmuş əmlak əvəzinə Özcan Dənizin şəxsi gəlirlərinə və əmlakına həbs qoyulması proseduruna başlayıb.
Sənətçinin vəkilləri həbs qərarı ilə bağlı qanuni tədbir görülməsi üçün addımlar atıb. Hüquqi proses davam edir.
Özcan Dənizin yaşadığı maliyyə böhranının həm karyerasına, həm də psixoloji durumuna mənfi təsir etdiyi bildirilir.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
