Pleyeri seçin:

Puldan bezən varlıların ölkəsi | "Lüksün vətəni"ndə sadə insanlar necə yaşayır? - ORALARDA NECƏDİR?

28 sentyabr 2025 482 baxış

“Oralarda necədir?” rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə Bakıdan 3565 kilometr uzaqda, Liquriya dənizinin sahillərində yerləşən dünyanın ən kiçik və ən gözəl ölkələrindən biri – varlıların sevimli ölkəsi olan Monakodan bəhs edilib.

Monakonun köklü sakinlərinə “Moneqask” deyirlər. Onların sayı çox deyil, cəmi 6 min nəfərdir. Qalanları isə buraya köçən varlılardır.

Buranın yerli əhalisi, yəni moneqasklı xanımlar üçün dünyaya uşaq gətirmək havayıdır. Bundan əlavə, dövlət yeni doğulmuş körpə üçün hər bir moneqasklı ailəyə 1990 manat pul verir. Səbəb isə yerli əhalinin kökünün kəsilməməsidir.

Monakoda bir universitet fəaliyyət göstərir. Maraqlı fakültələrdən biri “Luxury Management”, yəni “Lüksün idarəolunması” fakültəsidir. Monako həmişə “lüksün vətəni” sayılıb. Elə bu səbəbdən də belə bir ixtisasa məhz Monako Universitetində rast gəlmək mümkündür. Burada bahalı əşyalarla işləməyi və onlarla davranmağı bacaran insanlara ehtiyac var.

Monakoda kazino, restoran və hotel biznesində işləyənlər daha çoxdur. Ölkədə minimal maaş 1600 avrodur, bu isə 3183 manata bərabərdir. Hətta küçə təmizliyi ilə məşğul olanlar belə bundan aşağı maaş almırlar. Aşpazlar isə ən azı 3000 avro, yəni 5970 manat qazanırlar.

Maraqlıdır ki, Monakoda bahalı, super brend geyimlər geyinənlər çoxdur və kimsə sadə geyinibsə, bir çoxları ona yuxarıdan aşağı baxa bilər.

Banner
İran ABŞ-dən danışıqların davamı üçün nə tələb edir? - Baku TV CANLI

İran ABŞ-dən danışıqların davamı üçün nə tələb edir? - Baku TV CANLI

Dünya
12 oktyabr 2026 482 baxış
Hərbçilər etirazların baş verdiyi ərazilərdə təhlükəsizliyi qorumağa çalışacaq

Hərbçilər etirazların baş verdiyi ərazilərdə təhlükəsizliyi qorumağa çalışacaq

Dünya
12 oktyabr 2026 482 baxış
Almaniyanın yaşıl enerji siyasəti Trampın tənqid hədəfinə çevrildi

Almaniyanın yaşıl enerji siyasəti Trampın tənqid hədəfinə çevrildi

Dünya
12 oktyabr 2026 482 baxış
Rusiyalı mütəxəssis yaxını görməmənin kimlər arasında artacağını açıqlayıb

Rusiyalı mütəxəssis yaxını görməmənin kimlər arasında artacağını açıqlayıb

Dünya
12 oktyabr 2026 482 baxış
Texnologiya müharibəsində yeni təklif hansı sualları gündəmə gətirir?

Texnologiya müharibəsində yeni təklif hansı sualları gündəmə gətirir?

Dünya
12 oktyabr 2026 482 baxış
İndoneziyadakı meşə yanğınları Sinqapurda havanın keyfiyyətini pisləşdirib

İndoneziyadakı meşə yanğınları Sinqapurda havanın keyfiyyətini pisləşdirib

Dünya
12 oktyabr 2026 482 baxış
Fransa Prezidentinə etimad göstəricisi antirekord səviyyəsinə düşüb

Fransa Prezidentinə etimad göstəricisi antirekord səviyyəsinə düşüb

Dünya
12 oktyabr 2026 482 baxış
Qeyri-adi yarışda qar əvəzinə su və yuyucu vasitədən istifadə olunub

Qeyri-adi yarışda qar əvəzinə su və yuyucu vasitədən istifadə olunub

Dünya
12 oktyabr 2026 482 baxış
Vaşinqtonla husilər arasındakı danışıqlar gərginliyi azalda bilərmi?

Vaşinqtonla husilər arasındakı danışıqlar gərginliyi azalda bilərmi?

Dünya
12 oktyabr 2026 482 baxış
Miqrantları daşıyan qayığın batması azı 139 nəfərin ölümünə səbəb olub

Miqrantları daşıyan qayığın batması azı 139 nəfərin ölümünə səbəb olub

Dünya
12 oktyabr 2026 482 baxış
Seçilmişlər
icon