Putin hansı ölkələrə şərt qoydu? | "Rusiya buna davam edəcək, amma..." - Baku TV
Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələri ilə neft və qaz tədarükü məsələsində əməkdaşlığa hazır olduğunu, lakin Avropa tərəfinin müvafiq addımlar atmasının vacibliyini vurğulayıb.
O qeyd edib ki, son bir həftə ərzində neftin qiyməti təxminən 30 faiz artıb.
Putinin sözlərinə görə, Rusiya dəfələrlə Yaxın Şərqdə qeyri-sabit vəziyyətin qlobal yanacaq və enerji sektoruna ciddi təhlükə yaradacağı barədə xəbərdarlıq edib.
“Rusiya etibarlı tərəfdaş olan ölkələrə neft və qaz tədarükünü davam etdirəcək. Biz başa düşürük ki, hazırkı yüksək enerji qiymətləri müvəqqətidir. Əgər Rusiya artan neft və qaz tədarükü tələb edən yeni bazarlara diqqət yetirsə, həmin bazarlarda möhkəmlənə bilər”, – deyə Putin bildirib.
Rusiya Prezidenti həmçinin əlavə edib ki, Hörmüz boğazı vasitəsilə ixraca yönəlmiş Yaxın Şərq neft tədarükləri yaxın bir ay ərzində tamamilə dayana bilər.
