Putinlə Trampın danışığının təfərrüatları açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov Kreml rəhbərinin amerikalı həmkarı Donald Trampla telefon danışığının təfərrüatlarını açıqlayıb.
Medianın yaydığı xəbərə görə, tərəflər ukraynalılar və avropalıların irəli sürdüyü sülh planlarının münaqişəni uzatması ilə bağlı ortaq fikirlərini vurğulayıblar.
Qeyd olunub ki, ABŞ Prezidenti Rusiyanın prinsipial əhəmiyyətə dair arqumentlərini diqqətlə dinləyib və bundan sonra iki lider arasında Alyaskada keçirilən görüşdə əldə olunan razılaşmalara arxalanacağını təsdiqləyib.
Tramp israrla Rusiya ilə Ukrayna arasında münaqişəyə ən qısa zamanda son qoyulmalı olduğu fikrini ortaya ataraq, "Ukrayna böhranı mənim üçün ən çətinə çevrilib", – deyə etiraf edib.
"Amerika lideri əlavə edib ki, o, Rusiyanın siyasi və diplomatik nizamlanma istəyinə əmindir və bu əsasda Zelenski ilə danışıqlar aparmağı planlaşdırır", – deyə "İzvestiya" Uşakovdan sitat gətirib.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
