Qafqaz məsələsi İranda aranı qatdı | Xameneinin müşaviri nəyi həzm edə bilmədi?
Yeniliklərdən dərhal xəbərdar olun
“Əhəmənilər dövlətinin hökmdarı Kirin dövründən Qafqaz İranın təhlükəsizlik buferi olub”.
Bu iddia ilə İranın Ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti çıxış edib.
Vilayəti uzun illər Əhəmənilər dövləti ilə döyüşmüş massaget-skif-sakları “vəhşi” adlandıraraq, bu türk tayfaları barəsində təhqirə yol verib:
“Herodotun yazılarına əsaslanaraq, Kirin dövründən Qafqaz həmişə İranın təhlükəsizlik buferi olub və o, vəhşi tayfaların işğalının qarşısını almaq üçün orada sədd çəkib”.
Vilayəti ilahiyyatçı Məhəmmədhüseyn Təbatəbaiyə istinadla adı Quranda keçən Zülqərneynlə Kirin eyni şəxs olduğunu da iddia edib.
Qeyd edək ki, II Kir e.ə. 530-cu ildə Skif dövləti ilə döyüşdə öldürülüb. Əhəmənilərin başçısının həyatına Skif dövlətinin hökmdarı Tomris son qoyub. Tarixi mənbələrdə bu hadisənin baş vermə yeri kimi Araz çayının sahili göstərilir. Tomrisə gəlincə, o, massaget və saklardan olan məşhur peçeneq qadın, Skif dövlətinin hökmdarı, sakların şahzadəsi idi. Dünyanın ilk qadın hökmdarıdır.
#İran teqi istifadə olunub
- Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI
- İranla Avropa arasında yeni gərginlik | Parisdən Tehrana sərt xəbərdarlıq - Baku TV
- ABŞ-nin İran strategiyasında hansı xətt üstünlük təşkil edir? - Baku TV
- "Təzyiq və zorakılıq qarşısında geri çəkilməyəcəyik" | İran Prezidentindən açıqlama - Baku TV CANLI
- İran bu hücuma necə cavab ola bilər? | Regionda sular yenidən qaynayır? - Baku TV CANLI
