Əraqçi dialoq üçün İranın şərtlərini açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ və İran arasında mümkün danışıqların gündəliyi Tehranın daha əvvəl təklif etdiyi yeddi günlük planın şərtlərindən ibarətdir.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində danışıb.
"Bu planda İranın Hörmüz boğazının açılması ilə bağlı şərtləri irəli sürülüb və bildirilib ki, Tehranın şərtləri yerinə yetirilərsə, altıncı gün Hörmüz boğazı açılacaq, yeddinci gün isə İran və ABŞ arasında danışıqlar bərpa olunacaq", – deyə Əraqçi vurğulayıb.
O xatırladıb ki, bu plan BMT Baş Assambleyası zamanı təqdim edilib.
Diplmat planın detallarına da aydınlıq gətirib: "Birinci gün ABŞ tərəfindən bir sıra tədbirlər görülür və ikinci gün Hörmüz boğazı açılır, gediş-gəliş əvvəlki vəziyyətə qayıdır. ABŞ-nin yerinə yetirməli olduğu şərtlər İslamabad Anlaşma Memorandumunda yer alıb. Biz tətbiq olunan yeni sanksiyaların hamısının ləğv edilməsini, hərbi qüvvələrin azaldılmasını və əvvəlki səviyyəyə qaytarılmasını istəyirik".
Əraqçinin sözlərinə görə, Hörmüz boğazında hərəkət üçün İran və Oman arasında razılaşdırılmış yeni marşrut qəbul edilməli və cənubdakı digər istiqamətlər bağlanmalıdır.
Əraqçi sonda diqqətə çatdırıb ki, İran yeni silahları sınaqdan keçirib və ordu yüksək hazırlıq vəziyyətindədir.
#Abbas Əraqçi teqi istifadə olunub
- Əraqçi Xamenei ilə bağlı təhlükəsizlik qərarının səbəbini açıqladı - Baku TV CANLI
- İran və ABŞ arasında hərbi əməliyyatlar yenidən başlaya bilərmi? - Baku TV
- İran nüvə öhdəliklərinə sadiq olduğunu və əməkdaşlığın vacibliyini vurğuladı - Baku TV
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- İran ABŞ-yə şərt qoydu
