Rusiya ilə bağlı xatırlatma | Putinin cavabı necə olacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya artıq Rusiyaya qarşı yeni sanksiyalar paketini hazırlamağa başlayıb.
Bu barədə Birləşmiş Krallığın Baş naziri Kir Starmer Kiyevi dəstəkləyən "istəklilər koalisiyası"na daxil olan ölkələrin liderlərinə videobağlantı ilə müraciət edərkən bildirib.
"Həmkarlara xatırlatmaq vacibdir ki, biz həmçinin Rusiyaya təzyiqi xüsusilə də iqtisadiyyat sahəsində sanksiyalar və lazım gələrsə, daha geniş tədbirlər vasitəsilə artırmağa hazırıq. Siz artıq bu tədbirlərin nəticəsini görə bilərsiniz və biz Böyük Britaniyada sərt sanksiyaların yeni paketini hazırlayırıq", – deyə Baş nazir bildirib.
Qeyd edək ki, daha əvvəl Avropa İttifaqı, ABŞ və Ukrayna liderləri Amerika Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə Alyaskada keçirəcəyi görüşə hazırlığı müzakirə ediblər.
#Böyük Britaniya teqi istifadə olunub
- Hörmüz boğazının açılması Avropa üçün prioritetə çevrilib - Baku TV
- Fırtına nəticəsində 2 nəfər ölüb, 90 min ev işıqsız qalıb
- Böyük Britaniyada 1500-dən çox aviareys təxirə salınıb, fırtına 82 min evin elektrik təchizatını kəsib
- Londondan müharibə xəbərdarlığı
- Böyük Britaniya mümkün müharibəyə hazırlıq üçün konkret zaman müəyyənləşdirib - Baku TV CANLI
