Pleyeri seçin:

Rusiya ordusunun yüksəkrütbəli zabiti həlak oldu | Sui-qəsdin arxasında kim durur? - Baku TV

09 iyun 2026 379 baxış

Moskva vilayətinin Balaşixa şəhərində BMW markalı avtomobil partladılıb, hadisə nəticəsində nəqliyyat vasitəsinin sürücüsü həyatını itirib.

Rusiya “Telegram” kanallarının yaydığı məlumata görə, avtomobilin partlaması nəticəsində yüksəkrütbəli rusiyalı hərbçi həlak olub. Şəxsiyyəti açıqlanmayan həmin şəxs general-leytenant rütbəsində olub.

Qeyd edək ki, hadisə iyunun 9-da yerli saatla 05:30 radələrində Balaşixanın Aviatorlar mikrorayonunda, Koldunov küçəsində baş verib. Sürücü “BMW X3” markalı avtomobilinə əyləşərək dayanacaqdan hərəkətə başladığı an güclü partlayış baş verib. Sürücü aldığı çoxsaylı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Rusiya İstintaq Komitəsi faktı təsdiqləyərək hadisə ilə bağlı cinayət işinin açıldığını bəyan edib. İlkin araşdırmalara görə, partlayış trotil ekvivalentində 300–400 qram gücündə olan partlayıcı qurğu vasitəsilə törədilib. Hadisə ilə bağlı bir neçə versiya irəli sürülür. Partlayıcı qurğunun sürücü sükan arxasına əyləşəndən bir neçə dəqiqə sonra uzaqdan idarəetmə ilə işə salındığı ehtimal olunur.

Məlumata görə, bombanın sürücü oturacağının altına yerləşdirildiyi bildirilir. Başqa bir versiyada isə qurğunun maşının arxa hissəsinə qoyulduğu və partlayışdan dərhal sonra baqaj və arxa oturacaqlarda yanğın başladığı qeyd edilir. Həlak olan sürücünün 62 yaşının olduğu bildirilir. O, sözügedən avtomobili 1 il 8 ay əvvəl satın alıbmış. Hazırda hadisə yerində istintaq qrupu işləyir.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 379 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 379 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 379 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 379 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 379 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 379 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 379 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 379 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 379 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 379 baxış
Seçilmişlər
icon