Pleyeri seçin:

“Rusiya yanacaqlarına qayıtmaq strateji səhv olardı” | Ursula fon der Leyen

11 mart 2026 420 baxış

"Avropa enerji qiymətlərinin kəskin artımını yumşaltmaq üçün yenidən Rusiyanın fosil yanacaqlarına qayıtsa, bu, strateji səhv olar".

Bu fikirləri Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib.

"Münaqişənin başlanğıcından bəri qazın qiyməti 50%, neftin qiyməti isə 27% artıb. Bunu avro ilə ifadə etsək, müharibənin cəmi 10 günü artıq Avropa vergi ödəyicilərinə fosil yanacaq idxalı əlavə 3 milyard avroya başa gəlib. Bu bizim asılılığımızın qiymətidir. Fakt budur ki, bizim yerli enerji mənbələrimiz var: bərpa olunan enerji və nüvə enerjisi. Son 10 gün ərzində onların qiymətləri dəyişməz qalıb", – deyə o bildirib.

ABŞ-İsrail ilə İran arasında müharibə fonunda xam neft qiymətlərinin sürətlə artmasını məhdudlaşdırmaq üçün Beynəlxalq Enerji Agentliyi tarixində ən böyük neft ehtiyatı buraxılışını təklif edib. Bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Qəzetin məlumatına görə, bu buraxılış 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu zamanı agentliyə üzv ölkələrin bazara çıxardığı 182 milyon barel neftdən daha çox olacaq. G7 enerji nazirləri strateji neft ehtiyatlarının buraxılması ilə bağlı razılığa gəlməsələr də, martın 10-da yaydıqları bəyanatda bu ideyanı prinsip etibarilə dəstəklədiklərini bildiriblər.

Banner
Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Dünya
04 noyabr 2026 420 baxış
Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Dünya
04 noyabr 2026 420 baxış
Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Dünya
04 noyabr 2026 420 baxış
Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Dünya
04 noyabr 2026 420 baxış
Seçkilərdə 60 milyona yaxın insanın səs verəcəyi proqnozlaşdırılır

Seçkilərdə 60 milyona yaxın insanın səs verəcəyi proqnozlaşdırılır

Dünya
04 noyabr 2026 420 baxış
ABŞ-nin İranın strateji adasına zərbə endirdiyi bildirilir

ABŞ-nin İranın strateji adasına zərbə endirdiyi bildirilir

Dünya
04 noyabr 2026 420 baxış
Fon der Lyayen qalıq yanacaqlardan asılılığın iqtisadi risklərindən danışıb

Fon der Lyayen qalıq yanacaqlardan asılılığın iqtisadi risklərindən danışıb

Dünya
04 noyabr 2026 420 baxış
Peyklərin buraxılışı layihənin yeni mərhələsi kimi təqdim olunur

Peyklərin buraxılışı layihənin yeni mərhələsi kimi təqdim olunur

Dünya
04 noyabr 2026 420 baxış
Rusiyanın dron arsenalı ilə bağlı narahatlıqlar müharibədən sonrakı dövrə də aiddir

Rusiyanın dron arsenalı ilə bağlı narahatlıqlar müharibədən sonrakı dövrə də aiddir

Dünya
04 noyabr 2026 420 baxış
Almaniya Kansleri Rusiyaya atəşkəslə bağlı çağırış edib

Almaniya Kansleri Rusiyaya atəşkəslə bağlı çağırış edib

Dünya
04 noyabr 2026 420 baxış
Seçilmişlər
icon