Pleyeri seçin:

Rusiyada neft obyekti vurulub

08 may 2026 269 baxış

Rusiya mayın 8-nə keçən gecə Ukrayna ərazisinə müxtəlif tipli pilotsuz uçuş aparatları ilə 850-dən çox zərbə endirib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında yazıb.

O qeyd edib ki, ümumilikdə Rusiya tərəfindən Ukrayna mövqelərinə 10 hücum əməliyyatı qeydə alınıb:

"Ötən gecə ərzində Rusiya ordusu Ukrayna mövqelərinə zərbələr endirməyə davam edib. Səhər saat 7-yə olan məlumata görə, cəbhədəki mövqelərə artıq 140-dan çox atəş qeydə alınıb. Rusiyalıların hücum əməliyyatlarının çoxu Slavyansk istiqamətində olub. Cəbhəboyu ərazilər üzərindəki səmada kəşfiyyat dronlarının istifadəsi dayanmayıb. Bütün bunlar onu aydın şəkildə göstərir ki, Rusiya tərəfindən cəbhədə atəşkəs cəhdinin heç imitasiyası da olmayıb".

Zelenski həmçinin bildirib ki, Rusiyanın Yaroslavl şəhərində neft obyekti vurulub. Ukrayna lideri hansı obyektin vurulduğunu açıqlamayıb.

"Telegram"da yayılan məlumatlara görə, Ukrayna dronları Rusiyanın ən böyük hərbi bazalarından birinin yerləşdiyi Qroznı şəhərinin ərazisinə hücum edib. Bildirilir ki, ərazidə azı 2 partlayış baş verib.

Bundan başqa, Ukrayna Baş prokurorunun ofisinin silahlı münaqişə şəraitində törədilən cinayətlərə qarşı mübarizə departamentinin rəisi Yuri Rud bildirib ki, Ukraynada müharibənin əvvəlindən 17,4 mindən çox dinc sakin həlak olub, 43 mindən çox mülki şəxs yaralanıb. Onun sözlərinə görə, 700-dən çox uşaq həlak olub, 2,4 mindən çox uşaq yaralanıb.

Rud qeyd edib ki, hərbi əməliyyatlar nəticəsində 320 mindən çox mülki infrastruktur obyekti zədələnib, bunun 263 mindən çoxu yaşayış evi, 5 mindən çoxu təhsil müəssisəsi və 1,4 mindən çoxu tibb müəssisəsidir.

Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 269 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 269 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 269 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 269 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 269 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 269 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 269 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 269 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 269 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 269 baxış
Seçilmişlər
icon