Rusiyada sərnişinlər çıxılmaz vəziyyətə düşdü | Reyslər ləğv edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın hava limanları tamamilə iflic olub.
Təkcə Moskva və Sankt-Peterburqda demək olar ki, 100 reys ləğv edilib, bir neçə yüz reys isə təxirə salınıb. Bir çox sərnişinlər hava limanlarında 9 saatdan çox vaxt keçirib.
Ən pis vəziyyət Şeremetyevo hava limanında yaşanıb. Burada 170-dən çox reys gecikdirilib, 50-yə yaxın aviareys ləğv edilib.
Aeroportun kafeləri və biznes salonlarında belə boş yer qalmayıb. İnsanlar yerdə oturmağa və ya uzanmağa məcbur olublar. Gələn təyyarələrdən enən sərnişinlərin salondan çıxmasına da icazə verilmir. Onlardan bəziləri eniş edən təyyarənin göyərtəsində artıq dörd saata yaxın vaxt keçirdiklərini bildirirlər.
Pulkovoda da xaos yaşanır. Orada 30-dan çox reys təxirə salınıb, daha 100-ə yaxın uçuşun vaxtı dəyişdirilib.
Bundan əlavə, Moskvanın digər hava limanlarında, eləcə də Yekaterinburq, Nijni Novqorod, Kalininqrad və digər şəhərlərdəki hava limanlarında da gecikmələr və ləğvlər müşahidə olunur.
Moskva meri Sergey Sobyanin Moskvaya uçan iki PUA-nın vurulduğunu bildirib.
#Rusiya teqi istifadə olunub
- Ankara hərəkətə keçdi
- Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı
- Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI
- Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI
- Türkiyə Rusiya və Ukrayna taxılının ixracını bərpa etməyə çalışır - Baku TV
