Rusiyadan Avopaya cavab gecikmədi | Rəsmi Moskva məlumat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqının fevralın 24-də tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərə cavab olaraq Rusiya ölkəyə girişi qadağan olunmuş Avropa İttifaqı ölkələrinin və Avropa qurumlarının nümayəndələrinin siyahısını xeyli genişləndirib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Avropa İttifaqının 2025-ci il fevralın 24-də qəbul etdiyi sanksiyalar Rusiya-Ukrayna müharibəsinin başlanmasının ildönümünə təsadüf edib.
Bəyanatda deyilir ki, buna cavab olaraq Rusiya Ukraynaya hərbi yardımda və digər fəaliyyətlərdə iştirak edən bir sıra təhlükəsizlik orqanlarının, dövlət qurumlarının nümayəndələrinin, habelə Avropa İttifaqı ölkələrinin vətəndaşlarının ölkəyə girişini qadağan edib.
Bundan əlavə, “stop siyahısı”na Avropa Parlamentinin deputatları, fəallar, habelə anti-Rusiya mövqeyini dəstəkləyən elmi və ictimai təşkilatların nümayəndələri düşüblər.
Qurumun məlumatına görə, sanksiya siyahısına anti-Rusiya fəaliyyəti ilə seçilən Avropa Şurasının nümayəndələri də əlavə edilib.
#Avropa İttifaqı teqi istifadə olunub
- Berlin Ukraynaya maliyyə dəstəyi üçün vahid öhdəlik tələb edir
- Rusiya ilə mümkün razılaşma planı Avropa üçün gözlənilməz oldu | Brüsseldə təcili tədbir - Baku TV
- “Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri
- Hörmüzdəki gərginlik Avropaya Ukrayna müharibəsindən daha ağır təsir edə bilər? - Baku TV
- Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu
