Rusiyalı blogerlər nədə ittiham olunur? | Təhlükəsizlik qüvvələri evdə axtarış apardı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyalı blogerlər Valeriya və keçmiş həyat yoldaşı Artem Çekalini 10 ilə qədər həbs cəzası gözləyir.
İkili külli miqdarda qanunsuz valyuta əməliyyatlarına görə ittiham olunur.
“Mash” “Telegram” kanalının məlumatına görə, blogerlər fitnes marafonlarından əldə etdikləri gəlirləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bankına köçürüblər. Artem ödənişlərin həyata keçirilməsində birbaşa iştirak edib. Hazırda o, müstəntiqlər tərəfindən dindirilir.
Onun keçmiş həyat yoldaşı, Lerçek kimi tanınan Valeriya isə evdədir. Təhlükəsizlik qüvvələri onun evində axtarış aparıb.
Belə ki, oktyabrın 2-də Rusiyanın Daxili İşlər Nazirliyi Valeriya və Artemə qarşı cinayət işi açıb. Onlar Rusiya Cinayət Məcəlləsinin 193.1-ci maddəsi – "Saxta sənədlərdən istifadə edərək qeyri-rezidentlərin hesablarına pul köçürmələri üçün valyuta əməliyyatlarını tamamlama" ilə ittiham olunurlar. Onlar barəsində həbs qətimkan tədbiri hələlik nəzərdə tutulmayıb.
#Həbs cəzası teqi istifadə olunub
- "Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV
- KMBİ-dən əməliyyat | Onlayn kazino şəbəkəsinin rəhbəri Azərbaycana gətirildi - Baku TV
- Blogerlər saçyolduya çıxdı | Əhali təhlükədədir, qurumlar isə... | Paradokslarla dolu həftə - XÜLASƏ
- Tiktoker "Arzum"a niyə 5 il 2 ay həbs cəzası verildi? - Müzakirələrə səbəb olan qərar - Baku TV
- Tanınmış tiktokerin sonuncu məhkəməsi keçirilib
