Rusiyalı politoloqdan sensasiyalı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukraynadakı xüsusi hərbi əməliyyatla Rusiyada iyunun 23-də baş verən hadisələr arasında heç bir əlaqə görmürəm. Yevgeni Priqojin sadəcə olaraq Müdafiə Nazirliyinin fəaliyyətindən narazılığını bu yolla bildirdi”.
Bunu rusiyalı politoloq Tatyana Poloskova deyib. Onun sözlərinə görə, Rusiyada Müdafiə Nazirliyinin fəaliyyətindən çoxları narazıdır:
“Buna ordumuzda olan silah-sursat çatışmazlığı və müharibədə verdiyimiz itkilər səbəb olub. Bu da haqlı olaraq Y.Priqojinin Moskvaya yürüşünün xalq tərəfindən dəstəklənməsinə gətirib çıxardı. “Vaqner” rəhbərinin hərəkətləri hərbi üsyana cəhd olub. Nəticəsini də hamımız gördük. Danışıqlarda nələr baş verdi, Priqojini geri çəkilməyə necə razı sala bildilər? Bu hələ də sirr olaraq qalır. Amma onu dəqiq deyə bilərəm ki, Priqojinlə danışıqları Lukaşenko deyil, Prezident Administrasiyasının iki yüksək vəzifəli məmuru aparıb. Belarus lideri isə daha sonra onunla telefonla əlaqə saxladı.
Priqojinin məlum silahlı qiyamı nəinki hakimiyyətin bu cür hadisələrə hazır olmadığını, həm də Rusiya xalqının Prezidentimizə olan “sevgisini” göstərdi. “Vaqnerçi”lər bir neçə saata Moskvaya çatdılar. İnsanlar onları alqışlarla qarşıladı. Düşünürəm ki, məlum hadisələrdən sonra ciddi kadr dəyişiklikləri olacaq. Lakin bunların hamısı Ukraynadakı hərbi əməliyyatın necə başa çatmasından asılı olacaq”.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
