Pleyeri seçin:

Rusiyanın siyasi elitasının istifadə etdiyi bildirilən yaxta Türkiyəyə yollanıb

01 iyul 2026 348 baxış

Rusiyanın siyasi elitasının istifadə etdiyi bildirilən daha bir yaxtanın Türkiyəyə yollanması diqqət çəkib.

Bu barədə Rusiya mediası "MarineTraffic" xidmətinin məlumatlarına istinadən yazıb.

Nəşrin məlumatına görə, 71 metrlik "Victoria" yaxtası iyunun 26-da Krasnodar diyarından yola düşüb. Gəmi iyunun 28-də Bosfor boğazını keçərək bir sutkadan çox İstanbulda lövbər salıb. Daha sonra isə Bodrum istiqamətində hərəkətini davam etdirib. Onun axşam saatlarında Türkiyə kurortuna çatacağı gözlənilir.

Məqalədə qeyd olunur ki, bundan bir gün əvvəl 82 metrlik "Graceful" yaxtasının da Türkiyəyə doğru yola çıxdığı məlum olmuşdu. Danimarkanın DR Verifier nəşrinin məlumatına görə, həmin yaxtanı Rusiya hərbi esminesi və "Voyevoda" qəza-xilasetmə gəmisi müşayiət edir.

Verilən məlumata əsasən, "Graceful" marşrutu ilə bağlı məlumatlar yayımlandıqdan sonra yaxta transponderini söndürüb. Son siqnal Danimarka ilə İsveç arasındakı Skagerrak boğazında qeydə alınıb. Lakin onu müşayiət edən "Voyevoda" gəmisi yerini göstərməyə davam edir. Son siqnal Norveçin Stavanger şəhəri yaxınlığında qeydə alınıb.

Nəşrin iddiasına görə, "Victoria" yaxtası Rusiyada nüfuzlu iş adamlarından sayılan Gennadi Timçenko ilə əlaqəli strukturlara məxsusdur. 71 metrlik superyaxta Rusiyanın atom sualtı qayıqlarının da inşa edildiyi "Sevmaş" zavodunda tikilib.

Banner
Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Dünya
28 oktyabr 2026 348 baxış
ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

Dünya
28 oktyabr 2026 348 baxış
İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 348 baxış
Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Dünya
28 oktyabr 2026 348 baxış
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 348 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 348 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 348 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 348 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 348 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 348 baxış
Seçilmişlər
icon