Ruslara dəhşət yaşadan zərbə | Ukrayna Rusiyanın bu ərazilərini hədəfə aldı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə sistemləri Ukraynanın 107 stasionar qanadlı pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Onlardan 34-ü Kursk, 30-u Orlov, 18-i Lipetsk, 7-si Kaluqa, 4-ü Rostov vilayəti, 4-ü Azov dənizinin suları üzərində zərərsizləşdirilib. Tambov və Moskva vilayətlərinin üzərində 3 PUA, Bryansk vilayətində 2, Voronej və Tula vilayətləri üzərində isə 1 PUA məhv edilib.
Ukrayna Silahlı Qüvvələri tərəfindən gecə ərzində bir neçə dəfə Moskvaya da PUA hücumu olub. Sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir neçə saatlıq Vnukovo, Domodedovo və Jukovski hava limanlarında təyyarələrin enişi və uçuşu ilə bağlı məhdudiyyətlər tətbiq edilib. Müəyyən fasilədən sonra məhdudiyyətlər aradan qaldırılıb.
Bu haqda Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında qeyd olunub. Məlumata əsasən, məhdudiyyət ərzində 22 təyyarə alternativ hava limanlarına göndərilib.
#Rusiya Müdafiə Nazirliyi teqi istifadə olunub
