Seçkidə qalib gəlməsək... | İddialarla bağlı partiyadan təcili açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə mart ayında keçiriləcək bələdiyyə seçkiləri öncəsi İYİ Partiya rəhbəri Meral Akşener barədə kulislərdə səs-küylü iddialar səslənir.
"Haberler.com" xəbər verir ki, M.Akşener İdarə Heyəti toplantısında bütün şəhərlərdə müəyyənləşəcək namizədlər üçün partiya üzvlərindən tam səlahiyyət istəyib və seçkidə səslərin 11 faizə çatmadığı təqdirdə vəzifəsini tərk edəcəyini bildirib.
"Seçkidə qalib gəlsək, hamımız qazanırıq, uduzsaq, mən uduzacağam. Bu müddət ərzində namizədləri müəyyən etmək üçün sizdən bütün səlahiyyətləri istəyirəm. Seçkidə qalib gələ bilməsək, lazım olanı edib evimə qayıdacağam", – o deyib.
Yayılan iddialarla bağlı partiyadan yazılı açıqlama verilib: "Bu iddia real deyil və sədrimiz heç vaxt belə açıqlama verməyib".
#Türkiyə teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
