Səfirin Rusiya XİN-ə çağırılma səbəbi | Detallar açıqlandı
Moldova səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə yerli saytlar Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Xəbərdə bildirilir ki, Moldovadakı partiyalardan biri Rusiyanın bu ölkədəki səfirinə qarşı əsassız ittihamlar irəli sürdüyünə görə səfirə etiraz edilib.
XİN-in məlumatına görə, Moldovadakı partiyanın bəyanatında Rusiyanın Kişinyovdakı səfirinə qarşı əsassız ittihamlar irəli sürülüb, onun ölkədən çıxarılması və Rusiya səfirliyinin fəaliyyətinin məhdudlaşdırılması çağırışları yer alıb.
Moldova Respublikasının rəsmi şəxslərinin təcili surətdə bu əsassız iddiaları açıq şəkildə təkzib etməsi xahiş edilib və 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasından irəli gələn – şəxsə, azadlıqlara qarşı hər hansı hücumun qarşısının alınması ilə bağlı öhdəliklərə riayət edilməsinin zəruriliyi qeyd edilib.
Eləcə də Rusiya səfirliyinin qaz tədarükü ilə bağlı məxfi notasının dərcinə görə Moldova səfirinə etiraz bildirilib.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
