Sui-qəsdə məruz qalan şəxslər kimdir? - Moskvada dəhşətli hadisə
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada yaşayış binasının qarşısında avtomobil partlayıb.
Bu barədə yerli mediada məlumat yayılıb.
Bildirilib ki, nəqliyyat vasitəsinə quraşdırılan partlayıcı qurğunun işə düşməsi səbəbindən kişi və onun həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaxınlıqda olan daha beş avtomobilə də ciddi ziyan dəyib.
“Partlayış paytaxt Moskvada, Sinyavinskaya küçəsində baş verib. Hadisə nəticəsində qəlpə yaraları alan kişi və qadın dərhal xəstəxanaya yerləşdirilib", – deyə xəbərdə bildirilib.
Məlumat üçün bildirək ki, sosial şəbəkələrdə avtomobilə partlayıcı qurğunu yerləşdirən şəxsin görüntüləri də yayılıb. Belə ki, gecə saatlarında açıq rəngli sviter geyinmiş gənc avtomobilə yaxınlaşıb və sürücü oturacağının altına partlayıcı qurğu yerləşdirib. Sonra isə qaçıb. Məhz bu səbəbdən də hüquq-mühafizə orqanları tərəfindən sözügedən hadisə qətl cəhdi kimi qiymətləndirilib.
Versiyalardan birinə görə, partlayış nəqliyyat vasitəsinin sahibinin xidməti fəaliyyəti ilə bağlıdır.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalara başlanılıb.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
