Pleyeri seçin:

Suriyada nə baş verir? - Müvəqqəti Hökumət bəyanat yaydı

02 iyul 2024 589 baxış

Türk bayrağına qarşı edilənləri şiddətlə rədd edir, azad edilmiş bölgələrdə türk birliklərini hədəf alan bütün addımların təcili şəkildə dayandırılmasını istəyirik.

Bu sözlər Suriya Müvəqqəti Hökumətinin Afrində Türkiyənin hərbi bazasına qarşı hücumla bağlı yaydığı açıqlamada qeyd olunub.

“Suriya Müvəqqəti Hökuməti olaraq Kayseridəki hadisələri bəhanə edərək xalqlarımız arasındakı mövcud ittifaqı və inqilabın nailiyyətlərini baltalama məqsədi güdən provokasiyaları rədd edir, azad edilmiş bölgələrdə yaşayan xalqımızı və hər kəsi bu təxribata uymamağa çağırırıq.

Bölgədəki bütün çətinliklərə və əziyyətlərə rəğmən, bu qardaşlığın qarşıdakı yüz illər boyunca da davam edəcəyinə tam şəkildə inanırıq. İki xalqın ortaq taleyi də bunu tələb edir. Suriya Müvəqqəti Hökuməti qatil Əsəd rejimi, müttəfiqləri və terror təşkilatlarının törətdiyi cinayətlərdən qaçan suriyalı qaçqınlara qarşı bütün ifrat düşüncələri qınayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da bildirdiyi kimi, Kayseridə baş verən hadisələri heç bir formada qəbul etmək olmaz. Bu çərçivədə Suriya Müvəqqəti Hökuməti Türkiyə Daxili İşlər Nazirliyinin təcavüzkarlara qarşı atdığı qanuni addımları da təqdir edir. Bu üzücü hadisələrin qardaşlığımıza kölgə salmağına icazə verməyəcəyik”, – açıqlamada vurğulanıb.

Qeyd edək ki, Kayseridə suriyalı miqrantın 6 yaşlı uşağa təcavüzündən sonra bütün ölkədə etiraz aksiyaları və iğtişaşlar baş verib. Suriyanın Afrin vilayətində isə müxtəlif qruplar buna cavab kimi Türkiyənin hərbi bazasını mühasirəyə alıb, silahlı toqquşmalar olub.

Banner
Qara dənizdə yeni müharibə həyəcanı? - NATO hərəkətə keçdi - Baku TV CANLI

Qara dənizdə yeni müharibə həyəcanı? - NATO hərəkətə keçdi - Baku TV CANLI

Dünya
04 noyabr 2026 589 baxış
Tehran 4 ölkənin gəmilərinə boğazdan keçid üçün fərqli şərtlər müəyyənləşdirib

Tehran 4 ölkənin gəmilərinə boğazdan keçid üçün fərqli şərtlər müəyyənləşdirib

Dünya
04 noyabr 2026 589 baxış
Vətəndaşlara hansı böhran ssenarilərinə hazır olmaq deyilir? - Baku TV CANLI

Vətəndaşlara hansı böhran ssenarilərinə hazır olmaq deyilir? - Baku TV CANLI

Dünya
04 noyabr 2026 589 baxış
72 saatlıq hazırlıq | Fövqəladə vəziyyətə hazırlıq çağırışının arxasında nə var? - Baku TV

72 saatlıq hazırlıq | Fövqəladə vəziyyətə hazırlıq çağırışının arxasında nə var? - Baku TV

Dünya
04 noyabr 2026 589 baxış
Tehran Vaşinqtonla danışıqlara etimadsızlığını ifadə edir

Tehran Vaşinqtonla danışıqlara etimadsızlığını ifadə edir

Dünya
04 noyabr 2026 589 baxış
Seçkilərin nəticələri Trampın xarici siyasətinə necə təsir edəcək? - Baku TV

Seçkilərin nəticələri Trampın xarici siyasətinə necə təsir edəcək? - Baku TV

Dünya
04 noyabr 2026 589 baxış
Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Dünya
04 noyabr 2026 589 baxış
Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Dünya
04 noyabr 2026 589 baxış
Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Dünya
04 noyabr 2026 589 baxış
Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Dünya
04 noyabr 2026 589 baxış
Seçilmişlər
icon