Təcili məlumat | Trampın təyyarəsi başqa təyyarə ilə toqquşdu
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin keçmiş prezidenti Donald Trampın şəxsi “Boeing 757” təyyarəsi Florida ştatındakı “West Palm Beach” Beynəlxalq Hava Limanında hərəkətdə olan zaman başqa bir təyyarə ilə toqquşub. Bu barədə “Reuters” məlumat verib.
“Hərəkət zamanı təyyarənin qanadı içi boş olan başqa təyyarəyə dəyib”, – deyə Mülki Aviasiya Federal İdarəsinin məlumatında qeyd olunub.
Faktla bağlı araşdırma aparılır. Lakin təyyarənin kimə məxsus olduğu ilə bağlı məlumat təqdim edilməyib.
Qeyd edək ki, Donald Tramp təyyarəni 2011-ci ildə əldə edib və onun dəbdəbəli şəkildə yığılmasına təxminən 100 milyon dollar xərcləyib. Layner Trampın sifarişi ilə “Rolls-Royce” tərəfindən hazırlanmış eksklüziv mühərriklərlə təchiz edilib. Təyyarənin tutumu 5 dəfə azaldılaraq 239 sərnişin oturacağından 43-ə endirilib.
#Donald Tramp teqi istifadə olunub
- Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?
- ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
