Təşkilatçılar Əfqanıstanda hazırlıq keçiblər - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistanın təhlükəsizlik qüvvələri İslamabadda məscid yaxınlığında törədilən və 30-dan çox insanın həlak olduğu terror aktının təşkilatçısını saxlayıb.
Pakistanın daxili işlər naziri Moşin Nəqvi bildirib ki, İslamabaddakı məscidə edilən və 32 nəfərin ölümü ilə nəticələnən terror aktını törədən kamikadzeyə yardım etməkdə şübhəli bilinən dörd nəfər saxlanılıb.
Məlumata görə, təşkilatçı ilə birlikdə onun üç köməkçisi də həbs olunub.
Cinayətkarların tutulması əməliyyatı ölkənin şimal-qərbində yerləşən Heybər-Paxtunxva əyalətində keçirilib.
Hüquq-mühafizə orqanlarındakı mənbələrin sözlərinə görə, hücumun təşkilatçısı İŞİD terror qruplaşması ilə bağlı olub və Əfqanıstanda hazırlıq keçib.
Əməliyyat zamanı təhlükəsizlik qüvvələrinin bir əməkdaşı həlak olub, daha üç nəfər yaralanıb.
Xatırladaq ki, 6 fevralda törədilən terror aktı nəticəsində azı 32 nəfər ölüb, 169 nəfər isə yaralanıb. Partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
#Pakistan teqi istifadə olunub
- Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV
- Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının sazişi parlamentə təqdim ediləcək - Baku TV
- Pakistanda etirazlara qarşı sərt tədbirlər | İslamabad ətrafına onminlərlə qüvvə toplandı - Baku TV
- İmran Xan tərəfdarları etiraz aksiyalarına başlayıblar | Pakistanda nə baş verir? - Baku TV CANLI
- Hərbçilər etirazların baş verdiyi ərazilərdə təhlükəsizliyi qorumağa çalışacaq
