Trampdan İranla bağlı diqqətçəkən açıqlama - Baku TV
"ABŞ gələcəkdə İrana qarşı hərbi əməliyyatla bağlı xərclərini dəfələrlə artıq həcmdə geri ödəyəcək".
Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib.
Amerika liderinin sözlərinə görə, İrana qarşı hərbi addımların xərcləri gələcəkdə qat-qat artıq həcmdə geri ödəniləcək. Tramp Venesuela müharibəsini bu mövzuda uğurlu nümunə olaraq göstərib.
"Venesuela məsələsində müharibə dəfələrlə özünü doğrultdu, eyni şey İranla bağlı da baş verəcək. ABŞ Venesueladan milyardlarla dollar əldə edir", – deyə Tramp vurğulayıb.
Bundan başqa, ABŞ Prezidenti Tehranla diplomatik həll yolunun hələ də mümkün olduğuna inandığını bildirib.
"Vaşinqtonun İranla sülh sazişi bağlamaq şansı var. Onlar görüşmək istədilər, buna görə də biz görüşürük. Görək nə baş verəcək", – deyə Amerika lideri qeyd edib.
#Donald Tramp teqi istifadə olunub
- Tramp və Netanyahu arasında yeni müzakirələr | İran üçün hansı plan hazırlanır? - Baku TV
- ABŞ Prezidenti İran rəhbərliyindəki itkilərlə bağlı gözlənilməz etiraf etdi - Baku TV
- Zelenski prezident seçimi barədə açıqlamasında Tramp və Maskın adını çəkib
- Ölkəsini satmadığını bildirən Zelenski xəyanətə uğramış hiss etdiyini də açıqlayıb
- Trampın yeni sözçüsü 14 dəqiqəlik görüşdə cəmi üç sualı cavablandırıb
